Gələn il pensiyalar belə artırılacaq - Deputat açıqladı
14 Noyabr 2026, 18:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1784
06.01.2021, 18:27
“YAŞAT” Fondunun əməkdaşları ərazi bütövlüyümüzün bərpası uğrunda yaralananların və şəhid ailələrinin yaşadıqları ünvanlarına üz tutmaqla bərabər, bu kateqoriyadan olan şəxslərin ehtiyaclarını qarşılamağa davam edir.
“ASAN xidmət”dən “Yeni Gündəm”-ə verilən məlumata görə, şəhid İbrahimov Xeyrulla Mais oğlunun xaricdə təhsil alan övladının təhsil haqqı, şəhid Mirzalıyev Kamal Əjdər oğlunun ailəsinin isə məişət şəraitinin yaxşlaşdırılması “YAŞAT” Fonduna edilən ianələr hesabına qarşılanıb.
İrihəcimli yardımlar da davam edir. Belə ki, müalicələri davam edən qazilərimiz üçün “GİGER” tibbi reabilitasiya avadanlığı alınıb. Müvafiq avadanlıq gün ərzində 35-40 qazimizin müalicəsi üçün istifadə olunur.
Bu günə qədər 2706 şəhidin 11 mindən çox ailə üzvü və 100-dək yaralanan şəxslə görüşlər keçirilib, onların birinci dərəcəli ehtiyacları müəyyənləşdirilib. Şəhid ailələrinin ehtiyacları ilə bağlı aparılan təhlillərin nəticəsi olaraq 1472 şəhid ailəsinin 1772 nəfər ailə üzvünə Fond tərəfindən ödənişlərin həyata keçirilməsinə başlanılıb. Belə ki, 534 şəhid ailəsinin 737 ailə üzvünün tibbi müalicə xərclərinin, 313 şəhid ailəsinin 410 ailə üzvünün borc öhdəliklərinin və 25 şəhid ailəsinin 25 ailə üzvünün təhsil haqqının ödənilməsinə, o cümlədən təhsil ilə bağlı bəzi xərclərin qarşılanmasına, eyni zamanda 600 şəhid ailəsinin məişət şəraitinin yaxşılaşdırılmasına (evin təmiri və istilik sisteminin təminatı) başlanılıb. Həmçinin yeni alınmış avadanlıq vasitəsilə 40-dan çox yaralının müalicəsi aparılır, 8 yaralıya isə mütəxəssislər tərəfindən təyin olunmuş cihazlar təqdim edilib ki, həmin avadanlıq və cihazlar vasitəsilə onların əlilliyinin aradan qaldırılması təmin olunur.
Yardımlar barədə ətraflı hesabat Fondun yaxın günlərdə istifadəyə veriləcək portalında yerləşdiriləcək.
Müvafiq kateqoriyadan olan şəxslərin ehtiyaclarının qarşılanması davam etdiriləcək. Xatırladaq ki, Fondun əməkdaşlarından ibarət 69 qrup zəruri planşetlərlə təmin olunub və bütün zəruri ehtiyaclar elektron qaydada qeydə alınır. “YAŞAT” Fondunun əməkdaşları şəhid ailələrinin üzvləri və qazilərimizdən təşkil olunublar.
“YAŞAT” Fondunun bank rekvizitləri ilə //vxsida.az/az/annouces/1493 keçidi vasitəsi ilə tanış olmaq mümkündür.



18:21 / 14 Noyabr 2026
235
18:09 / 14 Noyabr 2026
80
18:06 / 14 Noyabr 2026
364
18:03 / 14 Noyabr 2026
70
17:18 / 14 Noyabr 2026
136
17:15 / 14 Noyabr 2026
99
16:20 / 14 Noyabr 2026
112
16:05 / 14 Noyabr 2026
154
15:45 / 14 Noyabr 2026
118
15:27 / 14 Noyabr 2026
289
15:25 / 14 Noyabr 2026
126
15:07 / 14 Noyabr 2026
262
15:05 / 14 Noyabr 2026
137
14:44 / 14 Noyabr 2026
174
14:31 / 14 Noyabr 2026
124
14:24 / 14 Noyabr 2026
728
14:19 / 14 Noyabr 2026
125
14:15 / 14 Noyabr 2026
116
13:50 / 14 Noyabr 2026
3197
13:48 / 14 Noyabr 2026
151
13:16 / 14 Noyabr 2026
151
13:03 / 14 Noyabr 2026
136
12:49 / 14 Noyabr 2026
174
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.