Qaynar xətt:

(+99450) 247 90 86

Prezidentin təltif etdiyi şəhid anası - 59 yaşlı Ceyran Ananın həyat yolu

2018-08/1534319564_ceyran-axundova.jpg

CƏMİYYƏT

1098

15.08.2018, 11:52

\"\" Aprel döyüşləri zamanı şəhid olan əsgər Əbdülməcid Axundovun anası Ceyran Axundovanın doğum günüdür.Oxu24.com xəbər verir ki,Ceyran Allahyar qızı Axundova  1959-cu il 15 avqustda Şabran rayonunda (dövrünün Dəvəçi rayonu) anadan olub. Ceyran Axundova 1978-1981-ci illərdə Nadejda Krupskaya adına Bakı Kitabxanaçılıq texnikumunda orta ixtisas, 1981-1987-ci illərdə isə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetində ali ixtisas təhsili alıb.1990-1996-cı illərdə Səməd Vurğun adına Mərkəzi Kitabxanada müxtəlif vəzifələrdə çalışan Ceyran Axundova 1996-cı ildə Kitabişləmə və Komplektləşdirmə şöbəsinin müdiri vəzifəsində olub.
2007-ci ildən Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsdə məsləhətçisi vəzifəsində çalışır. 2016-cı ildə ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə \"Tərəqqi\" medalı ilə təltif olunub. Saytımız adından Ceyran xanımı təbrik edir,ona uzun ömür arzulayırıq.