Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4308
az

Qurban ətlərində böyük təhlükə…

23:3706 Avqust, 2018
947
CƏMİYYƏT
  • A
“Qurban bayramı ərəfəsində heyvanlara qida və çəki artırması üçün verilən antibiotiklər həmin heyvan əti ilə qidalanan insanın bədəninə keçə bilər. Bu da insanların bədənində bakteriyalara qarşı immunitet qazanmasına səbəb ola bilir”.

Oxu24.com Publika.az-a istinadən xəbər verir ki, bu sözləri Ankara Universiteti Qida Gigiyenası və Texnologiya fakültəsinin professoru Haluk Çəlik Qurban bayramı ərəfəsində belə bir açıqlama verib.

Professor heyvanlara ancaq müalicə məqsədilə antibiotik verilməsinin doğru olduğunu bildirib.

“Heyvanlara qidalanma və çəki artımı məqsədilə antibiotik verilməsi doğru deyil. Müalicə məqsədilə verilən antibiotiklərin bədəndən atılması üçün müəyyən müddət lazımdır. Qurbanlıq heyvanın isə prosesdən bir müddət əvvəl bu cür dərmanlardan uzaq olması, kəsimə qədər uyğun bir yerdə saxlanılması lazımdır”.

Professor bildirib ki, bu antibiotiklərin verildiyi heyvanların əti ilə qidalanan insanların bədənində müqavimət yaranır və artıq bu baklteriyalara yoluxanda antibiotiklərlə müalicə effekt vermir.

“Qəbul edilən antibiotik ətlərdə qalıq formasında qalmadığından bu çox da böyük risk daşımır. Lakin heyvanların müxtəlif hissələrinin istifadə edildiyini nəzərə alsaq təsirləri müxtəlif ola bilər. Qurbanlıq heyvanın gün ərzində 2 min kaloridən çox qida qəbul etməməlidir. Heyvan alınarkən onun sağlamlıq sənədinin olması diqqət edilməlidir.Ətin keyfiyyətli olması üçün isə kəsilən kimi bir müddət soyuq yerdə saxlanılması mütləqdir”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xərçəng yaradan əsas qidadır - Hər kəs bəh-bəhlə yeyir: Onkoloq xəbərdarlıq etdi
Yeni virusun Azərbaycanda yayılma ehtimalı yüksəkdir: Necə qorunmaq olar? -VİDEO
"Azərə imtina cavabı gəldi, bu onu çökdürdü"

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Bakıda evlərdən oğurluq edən keçmiş    məhkum    tutuldu