Əkizlərin ŞƏHİD QARDAŞI -Bu gün doğum günüdür
15 Noyabr 2026, 19:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1416
20.11.2020, 19:20
Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlarla bərabər, ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar da şəhid hesab ediləcək.
Oxu24.com -un məlumatına görə, bu, Nazirlər Kabinetinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edilməsi barədə” qərara etdiyi dəyişiklikdə əksini tapıb.
Nairlər Kabinetindən APA-ya verilən məlumata görə, Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.4-cü yarımbəndinə əsasən, yalnız Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar şəhid hesab edilirlər. 2020-ci il sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini müxtəlif silahlardan atəşə tutması ilə yanaşı təmas xəttindən aralıda yerləşən Naftalan və Gəncə şəhərlərində dinc əhaliyə qarşı hərbi təxribat törədib və Qarabağdan kənarda yerləşən bu yaşayış məntəqələrində onlarla mülki vətəndaş həlak olub, yüzlərlə vətəndaş isə yaralanıb.
Nazirlər Kabineti nəzərə çatdırır ki, respublikada yaranmış mövcud vəziyyətlə əlaqədar sözügedən ərazilərdə həlak olmuş mülki vətəndaşların şəhid hesab edilməsi məqəsədilə müvafiq qanunvericiliyə dəyişiklik edilməsi zərurəti yaranıb. Qərarda Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşların şəhid hesab edilməsi əks olunub.
19:17 / 15 Noyabr 2026
12
19:09 / 15 Noyabr 2026
58
18:40 / 15 Noyabr 2026
71
18:05 / 15 Noyabr 2026
113
17:53 / 15 Noyabr 2026
1139
17:43 / 15 Noyabr 2026
603
17:16 / 15 Noyabr 2026
499
17:12 / 15 Noyabr 2026
2427
17:09 / 15 Noyabr 2026
98
15:50 / 15 Noyabr 2026
114
15:25 / 15 Noyabr 2026
150
15:15 / 15 Noyabr 2026
137
14:47 / 15 Noyabr 2026
192
14:34 / 15 Noyabr 2026
378
14:25 / 15 Noyabr 2026
154
14:19 / 15 Noyabr 2026
131
14:02 / 15 Noyabr 2026
521
13:27 / 15 Noyabr 2026
393
12:55 / 15 Noyabr 2026
1790
12:36 / 15 Noyabr 2026
440
12:28 / 15 Noyabr 2026
178
12:11 / 15 Noyabr 2026
155
11:52 / 15 Noyabr 2026
230
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.