Qaynar xətt:

(+99450) 247 90 86

Tiflis-Bakı qatarı yolda qaldı – Səbəb

2018-07/1532853677_qatar_290317-000.jpg

CƏMİYYƏT

1038

29.07.2018, 12:42

\"\" Dünən axşam saat 20:35-də Tiflisdən Bakıya yola düşən sərnişin qatarı hələ də Bakıya çatmayıb.
Oxu24.com Lent.az-a istinadən xəbər verir ki, qatar təxminən 4 saatlıq gecikmə ilə hərəkət edir. Məlumata görə, Böyük Kəsik stansiyasında elektrik verilişində baş vermiş ayrılma səbəbindən qatar xeyli ləngiyib. Azərbaycan Dəmir Yolları Qapalı Cəmiyyətindən bildirilib ki, Tiflis-Bakı qatarı saat 12:00-da mənzil başına çatacaq.