Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4045
az

Bakıda ilk dəfə piknik festivalı keçirildi

20:4628 İyul, 2018
1109
CƏMİYYƏT
  • A
 “Təmiz Şəhər” ASC ASAN könüllülər Məktəbi ilə birlikdə “Yaşıl ASAN” layihəsi çərçivəsində Böyükşor gölünün ətrafında piknik festivalı təşkil edib.

ASC-dən Oxu24.com-a verilən məlumata görə, 500-dən artıq insanın qatıldığı festivalın məqsədi ictimaiyyəti ətraf mühitin qorunması probleminə cəlb etməkdir.

Asudə vaxtını səmərəli keçirmək istəyən yüzlərlə insan Böyükşor parkına axışaraq yaşıl ot üzərində aktiv istirahət ediblər.

Tədbir zamanı uşaqlar üçün əyləncə meydançaları və batutlar quraşdırılıb, interaktiv viktorinalar və oyunlar təşkil olunub, sərinləşdirici içkilər və dondurmalar paylanılıb. İştirakçılara tullantıların idarəolunmasına dair geniş məlumat verilib, istirahət etdikdən sonra yaranan bərk məişət tullantılarının yığışdırılmasının nə dərəcədə önəmli olduğu diqqətə çatdırılıb.

Azərbaycan Yelkənli İdman Federasiyasının nümayəndələri festival iştirakçılarına bu idman növü barədə məlumat veriblər.

Festivalda gənc müğənnilər və musiqiçilər də iştirak edib.

Piknik iştirakçılarına Böyükşor gölü və parkı haqqında məlumat verilib. Bildirilib ki, bir neçə il öncə ekoloji fəlakət zonası hesab olunan bu ərazininistirahət zonasına çevrilməsi böyük əziyyət və əməyin nəticəsidir. Neft tullantıları və çirkab sular mənbəyi kimi tanınan Böyükşor gölünün 300 hektar ərazisi tullantılarıdan təmizlənərək gölün dibindən 2.8 mln. kubmetr dib çöküntüsü çıxarılıb. Yaradılan Böyükşor Parkının ərazisində isə 80 min ağac və dekorativ kol əkilib.



 


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rəsmi Bakıdan Qərb ölkələri səfirlərinin bəyanatına sərt REAKSİYA
"Qarabağ"ın veteran futbolçusu vəfat etdi
"Qarabağ"ın veteran futbolçusu vəfat etdi

Yadplanetlilərlə görüşən kişi - "Hazırda otaqda 5 nəfərik, əlaqədə olduğum yadplanetli də buradadır"

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Quş qripi pandemiyası TƏHLÜKƏSİ -Bu ölkə 5 milyon doza peyvənd aldı
Rüfət Səfərov barəsində həbs qətimkan tədbiri seçilib