Sosial ödənişlərlə bağlı AÇIQLAMA
23 May 2026, 10:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1190
16.10.2020, 21:31
Mövcud müharibə səbəbi ilə bağlı ölkədə internetin verilməsində, sosial şəbəkələrə girişdə məhdudiyyətlər olduğu məlumdur. Amma VPN tətbiqindən istifadə etməklə sosial şəbəkələrdən istifadə etmək mümkündür.
Ermənilərin təxribat xarakterli paylaşımlarının azərbaycan xalqında ruh düşkünlüyü yaratmaması üçün nə etmək olar? VPN-dən istifadə məhdudlaşdırıla bilərmi?
Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat Xidmətindən Redaktor.az-a verilən açıqlama deyilib:
“VPN- lə bağlı tərəfimizdən marifləndirici məzmunlu mətnlər kifayət qədər paylaşılıb. Bu mövzuda insanlar özləri də məsuliyyətli olmalıdırlar. Bildiyimiz kimi, ölkəmizdə hərbi vəziyyətdir və bu vəziyyətdə hər bir şəxs vətəndaş borcunu yerinə yetirməlidir. Düşmən bugün cəbhədə uduzduğu üçün istənilən təxribatı etməyə fürsət axtarır. Bu baxımdan ən əl çatan yol da kiber mühitdir. Kiber mühitdə hər bir insan bir fərd kimi özünü qorusa, müvafiq qurumların informasiyalarına istinad edib ona uyğun davransa, təxribatın qarşısı müəyyən qədər alınmış olar. VPN-ləri öz telefonlarımıza yükləməsək, qarşı tərəf bizə məxsus informasiyalara nail ola bilməyəcək.
İnsanları sosial şəbəkələrdə yayılan, rəsmi olmayan məlumatlara inanmamağa çağırırıq. Çünki bugün ölkəmiz informasiya alınması baxımından məhdudlaşdırılmayıb. Müəyyən kütləvi informasiya vasitələri və media qurumları tərəfindən kifayət qədər, lazımi informasiyalar cəmiyyətə ötürülür”.
Qeyd edək ki, bir çox VPN proqramları pulludur. Hazırda istifadə etdiyimiz VPN-lər isə 20-30 gün müddətinə pulsuz verilir. Nəzərə alsaq ki, ölkəmizdə sentyabrın 27-dən internetə giriş məhdudlaşdrılıb və bu müddətdən pulsuz VPN istifafə edənlər üçün sabahdan etibarən sistem bağlana bilər.
11:44 / 23 May 2026
45
11:41 / 23 May 2026
51
11:40 / 23 May 2026
53
10:08 / 23 May 2026
96
01:03 / 23 May 2026
247
00:16 / 23 May 2026
489
00:09 / 23 May 2026
400
00:06 / 23 May 2026
230
00:04 / 23 May 2026
164
00:00 / 23 May 2026
439
23:49 / 22 May 2026
162
23:45 / 22 May 2026
556
23:43 / 22 May 2026
374
23:38 / 22 May 2026
277
23:30 / 22 May 2026
257
23:30 / 22 May 2026
146
23:19 / 22 May 2026
165
23:18 / 22 May 2026
190
23:14 / 22 May 2026
201
23:02 / 22 May 2026
819
22:56 / 22 May 2026
136
22:56 / 22 May 2026
142
22:52 / 22 May 2026
316
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.