Sosial ödənişlərlə bağlı AÇIQLAMA
23 May 2026, 10:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
470
14.10.2020, 20:57
“COVID-19” pandemiyası ilə əlaqədar ölkədə hazırki sanitar-epidemioloji vəziyyət təhlil edilərkən çox təəssüf ki, respublikanın bəzi ərazilərində əhali arasında virusa yoluxmanın dinamikasında yenidən ciddi artım müşahidə edilib. Bununla əlaqədar Nazirlər Kabinetinin 2020-ci il 13 oktyabr tarixli qərarı ilə 14 oktyabr saat 00.00-dan başlayaraq Sabirabad şəhərinə, rayonun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, giriş-çıxış məhdudlaşdırılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Demokrat.az-a verilən məlumata görə, qərardan irəli gələn vəzifələrin icrası ilə əlaqədar qeyd olunan rayon mərkəzlərinin və kəndlərin giriş-çıxışlarında xüsusi karantin postları təşkil edilərək polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları gücləndirilmiş iş rejimində xidmətə cəlb olunublar.
Bu təhlükəli virusun geniş yayılmasının qarşısının alınması ilə əlaqədar tətbiq olunan bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədilə həyata keçirilir.
“COVID-19” pandemiyası zəminində dünyada yaşanan hazırki fövqəladə vəziyyətdə və dövlətimiz üçün həssas bir dönəmdə ölkə əhalisinə xüsusi karantin rejimi müddətində göstərdikləri əzm və vətəndaş məsuliyyətinə görə bir daha təşəkkür edirik. İnanırıq ki, qarşıdakı müddətdə də virusun geniş yayılmaması, insanlar arasında daha təhlükəli fəsadlar törətməməsi üçün vətəndaşlarımız, o cümlədən Nazirlər Kabinetinin qərarında adları qeyd olunan Sabirabad və Şəki rayonlarının sakinləri karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının tələb və tövsiyələrini anlayışla qarşılayacaq və bununla əlaqədar tətbiq edilən bütün qayda və qadağalara ciddi riayət edəcəklər.
10:08 / 23 May 2026
71
01:03 / 23 May 2026
230
00:16 / 23 May 2026
439
00:09 / 23 May 2026
354
00:06 / 23 May 2026
210
00:04 / 23 May 2026
152
00:00 / 23 May 2026
407
23:49 / 22 May 2026
149
23:45 / 22 May 2026
512
23:43 / 22 May 2026
345
23:38 / 22 May 2026
243
23:30 / 22 May 2026
242
23:30 / 22 May 2026
136
23:19 / 22 May 2026
156
23:18 / 22 May 2026
176
23:14 / 22 May 2026
188
23:02 / 22 May 2026
721
22:56 / 22 May 2026
126
22:56 / 22 May 2026
133
22:52 / 22 May 2026
292
22:47 / 22 May 2026
123
22:40 / 22 May 2026
296
22:34 / 22 May 2026
1211
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.