Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
39334
az

İki dəfə daha ucuz qiymətə ödəniş üzükləri!

19:1526 Sentyabr, 2020
321
CƏMİYYƏT
  • A

Ödəniş üzüklərindən daha çox müştərinin istifadə edə bilməsi üçün Azərbaycan Beynəlxalq Bank bu məhsulun çeşidlərini artırıb. İndi "Payment Ring" ödəniş üzüklərini VISA Gold kartları ilə birgə də almaq mümkündür. Yeni məhsuldan istifadə üzrə xidmət haqqı 150 manatdır.

Qeyd edək ki, indiyə qədər müştərilərə yalnız 300 manatlıq VISA Platinum və 600 manatlıq VISA İnfinite kartlarına bağlı ödəniş üzükləri təklif edilirdi.

VISA Gold kartları ilə təqdim olunan ödəniş üzüyünün istifadə müddəti 4 ilədək, kartın istifadə müddəti isə 3 ildir. Kartı AZN, USD, EUR və GBP hesablarında açdırmaq olar.

Ödəniş üzükləri Azərbaycan Beynəlxalq Bankının ölkəmizə gətirdiyi innovativ bankçılıq texnologiyalarındandır. Bankın bu ilin əvvəlindən bazara təqdim etdiyi bu ödəniş vasitəsi təmassız NFC texnologiyası əsasında hazırlanıb. Ödəniş üzükləri adi plastik bank kartının bir çox funksiyalarını yerinə yetirir. VISA kartları ilə təmassız  ödəniş aparmağın mümkün olduğu əksər yerlərdə bu üzüklərdən istifadə edib ödənişləri qısa zamanda həyata keçirmək olar.  Ödəniş aparan zaman üzüyün üst hissəsini POS terminala yaxınlaşdırmaq kifayətdir. Bu zaman ödəniş əməliyyatı cəmi 1-2 saniyə ərzində başa çatır. Bankın NFC texnologiyasını dəstəkləyən yeni ATM-lərində də bu üzüklərdən istifadə etmək imkanı var. Üzük su keçirmədiyindən onu ağır zərbələrdən, kimyəvi maddələrin təsirindən qorumaqla həmişə barmaqda gəzdirmək olar.

Ödəniş üzüklərini şəxsiyyət vəsiqəsi ilə Azərbaycan Beynəlxalq Bankının istənilən filial və ya şöbəsindən və ya online sifariş edərək əldə etmək mümkündür. Bu imkandan faydalanmaq istəyən müştərilər Banka mümkün qədər tez müraciət etməlidirlər. Çünki "Payment Ring" ödəniş üzüklərinin sayı məhduddur.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əli Əsədov daha bir qərar imzaladı
"Dəmiryol nəqliyyatı haqqında Nizamnamə" təsdiqləndi
Əli Əsədov qərar imzaladı

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Ötən ay dövlət sərhədini pozmağa çalışan 30 nəfər saxlanılıb - DSX