Deputat: "Büdcə xərcləri hesabına neçə iş yeri yaradılacağı proqnozlaşdırılmalıdır"
16 Noyabr 2026, 15:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
825
20.09.2020, 00:23
Oxu24.com dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - vaxtdan səmərəli istifadə edin. Tələsmədən, narahatlıq hissi keçirmədən hərəkət edin. Mühüm hadisələrin yaxınlaşmasını hiss edirsinizmi? Sizin üçün aktual olan mövzunun təfərrüatlarının aşkarlanmasına imkan verin, bütün ehtiyatlarınızdan istifadə edib-etmədiyinizi yoxlayın.
Buğa - Pluton və Marsın münasibətləri həyatınızda daha ciddi nizam yaradılmasını, müəyyənliyin artırılmasını tələb edir. Ola bilsin ki, ciddi, çətin seçimlə qarşılaşasınız. Saat 13:00-dan sonra mühüm məlumat alacaqsınız.
Əkizlər - daha çox müəyyənlik istəyirsinizsə, görüş və danışıqları təxirə salmayın. İndi yaranan imkanlar sıçrayış və sürətlənmə imkanları yaratmaqla yanaşı, narazılığa da səbəb ola bilər. Hər şey sizin yeniliklərə nə qədər hazır olmağınızdan asılıdır.
Xərçəng - radisələrin aktiv inkişafı, səmimiyyət, açıqlıq, əlaqə və maraqların genişlənməsi mərhələsi başlanır. Mənasız arzulardan əl çəkin, real işlə məşğul olun. Hansısa mühüm münasibətlərdən biri ağrılı olsa da, kəsilməkdədir.
Şir - mühüm işləri sabaha qədər təxirə salın. Rəsmi olmayan şəraitdə spontan tədbirlər işgüzar perspektivlərinizi yaxşılaşdıra bilər. Emosiyalar çıxış yolu, tətbiq müstəvisi tələb edir.
Qız - həyatın qarşınıza çıxardığı seçimdə "hə" və ya "yox" deməyə çox az vaxt olacaq. Tanıdığınız adamla iş görsəniz, orada risk daha az olacaq. Əks təqdirdə yeni öhdəliklərdən uzaq durun.
Tərəzi - axşam saatları romantik ola bilərsiniz. Yeni ideya və istəklər, şövq və optimizm yarana bilər. Nə qədər ehtiyatlı olsanız da, hansısa romantik səbəbdən hisslər burulğanına qərq olacaqsınız.
Əqrəb - gün sizdən aktivlik, çeviklik, qıvraqlıq, hər şeyə ani reaksiya, şərik və tərəfdaş, dost və həmkarla əlbir iş tələb edir.Münaqişə, gərgin diskussiya, mübahisə istisna deyil.
Oxatan - Venera və Saturn arasındakı münasibətlər gərginləşir, dəyərlərin mənzərəsi dəyişir. Maraq və diqqət obyektinin dəyişməsi çox sürətlə baş verə bilər. Hansısa nəsnədən əl çəkərək yeni avantüra, macəraya qatıla bilərsiniz.
Oğlaq - daha neytral işlə məşğul olun. Əmr və göstərişlərin sayını azaldın, maraqlarınızı bölüşən insanlarla münasibətləri səmimiləşdirin. Həyatınızdakı intriqa gərginləşəcək.
Dolça - seçim problemi sizi düşündürürsə, bu gün həmin tapmacaya cavab tapmağa vaxt sərf etməyin, bu istiqamətdə konkret addım atmayın.
Balıqlar - Mars, Saturn və Demos arasındakı münasibətlər şəraitin energetikasını dəyişir. Emosiyalara nəzarət edin, əsas məsələdən diqqəti yayındırmayın. Uğurlu qarşılıqlı münasibətlər və birgə fəaliyyət üçün şərik, iş yoldaşı, tanış və ya dostunuzun emosional durumunu anlamağa çalışın.
15:18 / 16 Noyabr 2026
12
15:00 / 16 Noyabr 2026
44
14:30 / 16 Noyabr 2026
92
14:24 / 16 Noyabr 2026
79
14:19 / 16 Noyabr 2026
108
14:14 / 16 Noyabr 2026
79
14:10 / 16 Noyabr 2026
105
14:05 / 16 Noyabr 2026
85
14:00 / 16 Noyabr 2026
81
13:51 / 16 Noyabr 2026
126
13:47 / 16 Noyabr 2026
471
13:41 / 16 Noyabr 2026
113
13:40 / 16 Noyabr 2026
96
13:38 / 16 Noyabr 2026
212
13:35 / 16 Noyabr 2026
90
13:22 / 16 Noyabr 2026
112
13:16 / 16 Noyabr 2026
443
13:10 / 16 Noyabr 2026
135
13:06 / 16 Noyabr 2026
95
13:03 / 16 Noyabr 2026
102
13:01 / 16 Noyabr 2026
106
12:49 / 16 Noyabr 2026
104
12:44 / 16 Noyabr 2026
1058
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.