Təzə gicitkənin sağlamlıq üçün FAYDALARI
21 May 2026, 00:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1439
19.09.2020, 21:30
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) yeni kadr təyinatı olub.
Oxu24.com oxu.az-a istinadən bildirir ki, nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədrinə müavin təyin olunub.
Bu vəzifəyə Faiq Bahadur oğlu Ağayev təyinat alıb.
Qeyd edək ki, F.Ağayev 1986-cı ilin noyabrın 12-də anadan olub. O, bu təyinata qədər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatında Hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. Eyni zamanda 2017-ci ildən Bakı Dövlət Universitetinin "İnsan hüquqları və informasiya hüququ üzrə YUNESKO" kafedrasının müəllimidir.
F.Ağayev 2001-2005-ci illərdə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin, İnformatika ixtisasında təhsil alıb, bakalavr təhsilini fərqlənmə diplomu ilə başa vurub. Daha sonra həmin ixtisas üzrə magistr təhsili alıb. 2007-2011-ci illərdə Bakı Dövlət Universitetində əlavə təhsil olaraq hüquqşünaslıq ixtisasına yiyələnib, 2013-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarə edilməsi fakültəsində, "Beynəlxalq biznes üzrə" ixtisası MBA magistr dərəcəsi alıb. 2013-cü ildən AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda dissertantdır.
Dövlət qulluğunun baş müşaviri olan F.Ağayev insan hüquqlarına dair 21 elmi məqalənin müəllifidir.
O, Prezident İlham Əliyevin 23 dekabr 2016-cı il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.

00:59 / 21 May 2026
227
00:33 / 21 May 2026
248
23:47 / 20 May 2026
135
23:36 / 20 May 2026
282
23:16 / 20 May 2026
278
22:52 / 20 May 2026
232
22:49 / 20 May 2026
93
22:39 / 20 May 2026
108
22:28 / 20 May 2026
103
22:25 / 20 May 2026
90
22:19 / 20 May 2026
100
22:14 / 20 May 2026
211
22:10 / 20 May 2026
281
22:08 / 20 May 2026
338
22:05 / 20 May 2026
96
22:03 / 20 May 2026
125
22:02 / 20 May 2026
109
22:00 / 20 May 2026
103
21:57 / 20 May 2026
102
21:53 / 20 May 2026
110
21:52 / 20 May 2026
861
21:42 / 20 May 2026
334
21:39 / 20 May 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.