Təzə gicitkənin sağlamlıq üçün FAYDALARI
21 May 2026, 00:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
527
18.09.2020, 19:05
Azərbaycanda yaşa görə pensiya alanların əlilliyə görə pensiyaya keçidində yaranan məhdudiyyətlər aradan qaldırılır.
KONKRET.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Elnur Abbasov deyib.
Onun sözlərinə görə, bu məsələ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.
Yaxın müddətdə Nazirlər Kabinetinə təqdim edilməsi nəzərdə tutulan layihədə pensiyaçıların öz pensiya növünü dəyişdirə bilməsi ilə bağlı qoyulan məhdudiyyət də aradan qaldırılır:
“Hazırkı qanunvericiliyə əsasən, yaşa görə pensiya alanların əlilliyə görə pensiyaya keçidində məhdudiyyətlər var. Yeni layihədə bu məhdudiyyət aradan qaldırılır. Bundan əlavə, ailə başçısını itirməyə görə pensiya hüququ olan şəxs başqa bir pensiya və ya müavinət hüququ yarandıqda bu hüququndan istifadə edə biləcək”.
E.Abbasov qeyd edib ki, ailə başçısını itirməyə görə pensiya hüququ olan şəxs özünün pensiya haqqından imtina edərək başqa bir pensiya və ya sosial müavinət növünü seçərsə, bu zaman onun payına düşən məbləğ digər ailə üzvləri arasında bölüşdürüləcək:
“Məsələn, ailəyə düşən məbləğ 300 manatdır. Ailədə 3 nəfər varsa, hər şəxsə 100 manat pul düşür. Ailə üzvlərindən birinin başqa bir pensiya və ya sosial müavinət hüququ yarandı. O zaman həmin 100 manat digər ailə üzvləri arasında bölünəcək və qalan 2 nəfərin hər birinə 150 manat veriləcək. Hazırda isə dayandırılan həmin məbləğ digərlərinə verilmir”.
E.Abbasov qeyd edib ki, yeni layihədə işləyən pensiyaçıların əmək pensiyalarının yenidən hesablanması da avtomatlaşdırılır.
Şöbə müdirinin sözlərinə görə, layihə qəbul olunduğu təqdirdə işləyən pensiyaçılar işdən ayrıldıqları zaman nazirlik tərəfindən onların pensiyasının avtomatik qaydada yenidən hesablanması həyata keçiriləcək. İşçinin pensiyaya çıxdıqdan sonra işlədiyi dövr üçün də topladığı pensiya kapıtalı nəzərə alınacaq və bu məbləğ yenidən hesablanaraq pensiyanın üzərinə avtomatik qaydada əlavə olunacaq:
“Bunun üçün şəxsin müvafiq sənədlər təqdim etməsinə ehtiyac qalmayacaq. Yenidən hesablama proaktiv qaydada həyata keçiriləcək. Pensiyanın nə qədər artması və nə zamandan ödənilməyə başlanılacağı barədə məlumat vətəndaşın mobil telefonuna və ya ünvanına göndəriləcək”.
00:59 / 21 May 2026
224
00:33 / 21 May 2026
246
23:47 / 20 May 2026
134
23:36 / 20 May 2026
279
23:16 / 20 May 2026
278
22:52 / 20 May 2026
228
22:49 / 20 May 2026
93
22:39 / 20 May 2026
107
22:28 / 20 May 2026
102
22:25 / 20 May 2026
90
22:19 / 20 May 2026
100
22:14 / 20 May 2026
211
22:10 / 20 May 2026
278
22:08 / 20 May 2026
336
22:05 / 20 May 2026
96
22:03 / 20 May 2026
121
22:02 / 20 May 2026
109
22:00 / 20 May 2026
103
21:57 / 20 May 2026
100
21:53 / 20 May 2026
110
21:52 / 20 May 2026
848
21:42 / 20 May 2026
334
21:39 / 20 May 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.