Təzə gicitkənin sağlamlıq üçün FAYDALARI
21 May 2026, 00:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
427
17.09.2020, 19:13
Sahibə Qafarova Rusiyaya gedir
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Qaynarinfo-ya verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatlarından və parlament Aparatının məsul işçilərindən ibarət rəsmi şəxslər daxildirlər.
Səfər zamanı Milli Məclisin Sədri Rusiya Federasiyası Federal Məclisi Federal Şurasının Sədri Valentina Matviyenko, Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının Sədri Vyaçeslav Volodin ilə görüşəcək, parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparacaq.
Səfər müddətində Milli Məclisin Sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federal Şurasının plenar iclasında çıxışı gözlənilir.
Rusiya Dövlət Dumasında olarkən Azərbaycan Respublikasının Milli Məclisi ilə Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması arasında əməkdaşlıq haqqında Sazişin imzalanma mərasimi keçiriləcək.
Milli Məclis Sədrinin Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov ilə görüşü nəzərdə tutulub.
Səfər çərçivəsində keçirilən görüşlərdə parlamentlər səviyyəsində mütəmadi səfərlərin həyata keçirilməsi, qanun yaradıcılığı prosesində təcrübə və informasiya mübadiləsi, nüfuzlu beynəlxalq təşkilatlarda nümayəndə heyətlərimizin iştirakı, regional münaqişələrin həlli yolları, iqtisadi, siyasi, mədəni, humanitar sahələrdə əlaqələrimizin daha da möhkəmləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Səfər sentyabrın 23-də başa çatacaq.
00:59 / 21 May 2026
1
00:33 / 21 May 2026
30
23:47 / 20 May 2026
62
23:36 / 20 May 2026
52
23:16 / 20 May 2026
181
22:52 / 20 May 2026
154
22:49 / 20 May 2026
58
22:39 / 20 May 2026
69
22:28 / 20 May 2026
64
22:25 / 20 May 2026
56
22:19 / 20 May 2026
64
22:14 / 20 May 2026
158
22:10 / 20 May 2026
212
22:08 / 20 May 2026
254
22:05 / 20 May 2026
62
22:03 / 20 May 2026
83
22:02 / 20 May 2026
69
22:00 / 20 May 2026
64
21:57 / 20 May 2026
59
21:53 / 20 May 2026
74
21:52 / 20 May 2026
585
21:42 / 20 May 2026
254
21:39 / 20 May 2026
60
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.