Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
38964
az

Allahşükür Paşazadə Vyanadadır

21:3515 Sentyabr, 2020
381
CƏMİYYƏT
  • A

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə 14 sentyabr tarixində Avstriya Respublikasının paytaxtı Vyanada KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasının iclasında iştirak edib.

QMİ-dən Milli.Az-a bildirilib ki, üzvü olduğu 9 nəfərlik Direktorlar Şurasının pandemiya dövründə keçirilmiş iki onlayn iclasından sonra ilk dəfə toplantıya Vyanadan - KAİCİİD-in mənzil-qərargahından qatılan QMİ sədri A.Paşazadə iclasa sədrlik edən Konstantinopol Ekumenik Patriarxiyasinin Ekzarxi Mitropolit Emmanuellə birgə Şuranın digər üzvləri ilə videokonfransda iştirak etdi. Çıxış edən QMİ sədri KAICIID Baş katibi Feysal bin Muammara və Direktorlar şurasının üzvlərinə Azərbaycan və Qafqaz müsəlmanlarının səmimi salamlarını, dövlət başçımızın xeyir-dualarını çatdırdı.

Videokonfransın gedişində pandemiya səbəbindən öncədən nəzərdə tutulan görüşlərin müvəqqəti təxirə salındığını, lakin proqram üzrə layihə və təşəbbüslərin həyata keçirilməsi yönündə səylərin davam etdirildiyini vurğuladı. Tədbirin gedişində bir sıra önəmli məsələlər, o cümlədən mərkəzin idarəetmə sistemi ilə bağlı, KAİCİİD-in inkişaf strategiyası ətrafında müzakirələr aparıldı, qurumun idarəçiliyinə dair struktur dəyişikliklər edildi. Toplantının proqramına dinlərarası dialoqa dair beynəlxalq dövlətlərarası koordinasiya məsələləri, həmçinin, G20 çərçivəsində Dinlərarası Forumun inkişaf perspektivləri kimi əhəmiyyətli məsələlər daxil idi. Beynəlxalq və regional əhəmiyyətli mühüm hadisələrin müzakirəsi baxımından BMT ilə əməkdaşlıq formatı xüsusi müzakirə edildi. BMT agentlikləri ilə əməkdaşlığa dair prioritetlərin Şura üçün olduqca mühüm olub, ümumi işin mənafeyinə xidmət etdiyi səbəbindən bu istiqamətdə işlərin daha böyük səylə davam və inkişaf etdirilməsi zərurəti vurğulandı.

Şeyxülislam A.Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin nəzdində təsis olunmuş "Bakı Beynəlxalq dinlər və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi"nin (BCIC) KAİCİİD Dialoq Mərkəzi ilə müştərək fəaliyyət istiqamətlərinin perspektivləri barədə Şura üzvlərini məlumatlandırdı. QMİ sədri A.Paşazadə postpandemiya dövründə müxtəlif lokal və beynəlxalq tədbirlərin keçiriləcəyini və həmin tədbirlərdə dinlər və sivilizasiyalar arası əməkdaşlıq ideyalarının davamlı təbliğinin prioritet olacağını bəyan etdi.

KAICIID Beynəlxalq Dialoq Mərkəzinin Direktorlar Şurasının üzvləri həmkarları olan Şeyxülislam A. Paşazadənin Nobel Sülh mükafatı kimi nüfuzlu bir təltifata namizədliyinin təsdiqi xəbərini yekdilliklə bəyənərək, beynəlxalq qurum olaraq, bu mötəbər təqdimata dair müsbət rəylərini müvafiq ünvana yönəltmək iradələrini ifadə etdilər.

Dünyanın aparıcı dini konfessiyalarının nümayəndələrindən ibarət olan Direktorlar Şurasının videotoplantısında dünyada, müxtəlif regionlarda baş verən mühüm hadisələrə dair müzakirələrdə iştirak edən QMİ sədri A. Paşazadə qaldırılan məsələlərə dair öz fikirlərini bölüşdü. Xüsusən, iyul ayında Azərbaycan-Ermənistan sərhəddində baş vermiş erməni təxribatı barədə iclas iştirakçılarını məlumatlandıran A.Paşazadə 20 faiz torpaqlarımızı zəbt etmiş Ermənistan tərəfinin aqressiyasının miqyasının artması, mülki əhalini hədəf alması və işğal olunmuş ərazilərimizdə dini abidələrə təcavüz etməsi səbəbindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həlli istiqamətində səylərin nəticəsiz qalmasını Şura üzvlərinin diqqətinə çatdırdı.

Şeyxülislam A.Paşazadə ilə bərabər Direktorlar Şurasında təmsil olunan Vatikanın Dinlərarası dialoq üzrə Pontifik şurasının sədri Kardinal Migel Ayuso, Konstantinopol Ekumenik Patriarxatının Ekzarxı Mitropolit Emmanuel, Kenterberi Arxiyepiskopunun Dinlərarası məsələlər üzrə katibi, İngilis kilsəsinin Dinlərarası məsələlər üzrə məsləhətçisi Riçard Sudvort, Amerika Yəhudi Komitəsinin Dinlərarası məsələlər üzrə beynəlxalq direktoru Baş Ravvin David Rosen, Shanti Ashram təşkilatının direktoru dr. Kezevino Aram, Livan Milli Xristian-Müsəlman Dialoq Komitəsinin Baş Katibi Dr. Məhəmməd Sammak, Yaponiya Rizxo Kosey-Kay Buddist Təşkilatının Prezidenti Koşo Nivano, habelə Beynəlxalq Mərkəzin Baş Katibinin müavini Alvaro Albacete videokonfransda iştirak və çıxış etdilər. Onlayn iclas məhsuldar keçdi, ümumi rəy bundan ibarət oldu ki, videokonfrans müvəqqəti format kimi qənaətbəxşdir, lakin imkan daxilində qismən də olsa canlı ünsiyyət şəraitində toplaşmaq məqsədəuyğundur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Beynəlxalq Maliyyə Korporasiyasının icraçı direktoru Azərbaycana gəldi
Heydər Əliyev Mərkəzində onlara ziyafət verildi -FOTO
Estetik cərrahlardan şikayət edən onlar imiş -FOTO

İsveçdə dəmir dövrünə aid qeyri-adi dəfn yeri tapılıb

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
İlan ilbisi yedi — Viral olan həmin video
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Qaxda ağır qəza - Azyaşlı öldü