Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
38845
az

Qızlıq pərdəsi haqqında 12 sual

20:1212 Sentyabr, 2020
610
  • A

1. Qızlıq pərdəsi nədir?

Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir.

Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçün bir və ya bir neçə dəliyi vardır.

2. Bakirəlikdən məhrum etmə nədir?

Bakirəlikdən məhrum etmə haqqında yalnız qızın ilk cinsi əlaqəyə girməsindən sonra danışmaq düzgün olardı.  Adətən ilk cinsi əlaqədən sonra qızın qızlıq pərdəsi zədələnir.

Buna baxmayaraq, elə hallar olur ki, qızlıq pərdəsi cinsi əlaqədən deyil, başqa səbəbdən zədələnir. Bu halda qız yenə də bakirə sayılır, çünki onun kişi ilə yaxınlığı olmayıb.

3. Qızlıq pərdəsi yalnız cinsi əlaqə zamanı zədələnir?

Qızlıq pərdəsi tək cinsi əlaqə nəticəsində deyil, digər səbəblərə görə zədələnə bilər.

Məsələn, qızlıq pərdəsi velosiped və ya at sürərkən, gimnastika ilə məşğul olarkən zədələnə bilər. Həmçinin qızlıq pərdəsi yuyunma zamanı uşaqlıq yoluna barmaqları saldıqda və ya menstruasiya zamanı böyük ölçülü tampondan istifadə etdikdə zədələnə bilər. Bəzən cinsi həyata başlamamış qıza ginekoloji müdaxilə tələb oluna bilər, və bu zaman həkim-ginekoloqun özü pərdəni zədələyə bilər.

Bütün bu hallar "qızlıq pərdəsinin travmatik zədələnməsi" adlandırılır termininə və bunun bakirəlikdən məhrum etməyə heç bir aidiyyatı yoxdur. Bakirəlikdən məhrum etmə haqqında yalnız qızın kişi ilə cinsi yaxınlığından sonra danışmaq olar.

4. Bakirəlikdən məhrum etmə zamanı həmişə qan olur?

Xeyr, heç də həmişə olmur. Qızın bakirə olub olmadığı haqqda, onda birinci cinsi əlaqə zamanı qanın olub olmaması əsasında fikir söyləmək düzgün deyil. Bir çox hallarda qan ilk cinsi əlaqədən bir neçə dəqiqə və ya saat sonra, və ya ümumiyyətlə meydana gəlmir.

Bəzən qızlıq pərdəsi çox elastik olur, cinsi əlaqə zamanı dartılır. Bu halda qəzlıq pərdsi yalnız doğuş zamanı cırılır.

5. Qızlıq pərdəsini özbaşına göz və ya əl ilə müəyyən etmək olarmı?

Baxmayaraq ki, qızlıq pərdəsi uşaqlıq yolunda o qədər də dərin yerləşmir, onu özbaşına göz ilə müəyyən etmək mümkün deyil. Həmçinin pərdəni barmaqlar ilə "əlləmək" məsləhət görülmür, çünki bu manipulyasiyalar zamanı pərdəni təsadüfən zədələmək və ya uşaqlıq yoluna infeksiya salmaq olar.

6. Ginekoloqa müraciət etmədən qızlıq pərdəsinin olub olmamasını öyrənmək mümkündürmü?

Heç bir qız onun qızlıq pərdəsinin nə "vəziyyətdə" olmasını dəqiq bilə bilməz. Qızlıq pərdəsi bir azca cırılmış ola bilər, hətta səndə seks olmayıbsa belə, və ya öz bütövlüyünü ilk cinsi əlaqədən sonra qoruyub saxlaya bilər.

Qızlıq pərdəsinin bütöv və ya zədəli olub olmamasını yalnız ginekoloji kresloda müayinə zamanı həkim ginekoloq müəyyən edə bilər.

7. Uzun müddət sekslə məşğul olmadıqda qızlıq pərdəsi yenidən "bitə" bilərmi?

Xeyr, bu praktiki olaraq mümkün deyil. Bir gün bakirəliyi itirdikdən sonra sən bir də heç vaxt bakirə olmayacaqsan, hətta bir neçə il ərzində cinsi əlaqəyə girməsən belə.

8. Qızlıq pərdəsini bərpa etmək mümkündürmü?

Bəli, mümkündür. Qızlıq pərdəsinin bütövlüyünü demək olar ki, hər bir ginekoloq bərpa edə bilər. Tibbdə bu prosedur gimenoplastika və ya, daha az hallarda, reflorasiya adlanır.

9. Qızlıq pərdəsinin bərpası kimə lazım ola bilər?

Əksər hallarda gimenoplastikaya sosial və ya dini səbəblərdən müraciət edirlər. Bəzi mədəniyyətlərdə ilk nigah gecəsi zamanı kişi qızlıq pərdəsinin olmamasına şübhələndikdə qadının həyatı təhlükə altında ola bilər. Bu zaman ətrafdakıları, qızlıq pərdəsinin hansı şəraitdə zədələndiyi (ola bilsin ki, qız həqiqətən də hələ bakirədir, lakin pərdə gimnastika və s. ilə məşğul olarkən zədələnmişdir) maraqlandırmır.Ə lbəttə ki, bu hallarda qızlıq pərdəsinin bərpası – kosmetik prosedurdan daha böyük bir şeydir.

Həmçinin bir çox hallarda ginekoloqlara bir gün səhv etmiş və onu düzəltmək istəyən qızlar müraciət edirlər. Zorakılığın qurbanlarını da xatırlamamaq olmaz, hansıların ki, əlbəttə ki, heç bir günahları yoxdur.

Qadının qızlıq pərdəsini bərpa etmək istəməsi üçün bir çox səbəb mövcuddur, və gimenoplastika üçün əsas göstəriş qadının istəyidir.

10. Qızlıq pərdəsinin bərpası kimlər üçün qadağandır?

Qızlıq pərdəsinin bütövlüyünün bərpası üçün heç bir əks-göstərişlər mövcüd deyil. Buna baxmayaraq, sizə prosedurdan əvvəl bir sıra müayinələri keçmək lazım gələcəkdir, o cümlədən yaxma nümünəsinin götürülməsini. Əgər yaxma nümunəsi sizdə uşaqlıq yolunda iltihabın olmasını göstərərsə, pərdənin bərpası üzrə proseduru iltihabın keçməsinə kimi təxirə salmaq lazım gələcəkdir.

11. Qızlıq pərdəsini necə bərpa edirlər?

Qızlıq pərdəsinin bərpası üzrə bir neçə üsul mövcuddur; hər şey sizi ginekoloqun qəbuluna gətirib çıxaran səbəbdən asılıdır.

Qızlıq pərdəsinin tikilməsi

Əgər bakirəliyin bərpası təcili tələb olunursa (məsələn, toy bir həftədən sonra baş verəcək), o zaman qızlıq pərdəsinin xüsusi tikiş materialı (sapları) vasitəsi ilə adi tikişi həyata keçirilir. Bu saplar qızlıq pərdəsinin ayrı-ayrı fraqmentlərini bir yerdə saxlayır, bu isə cinsi partnyora bakirə qadınla seks zamanında olduğu hissləri yaşamağa imkan verir. Seks zamanı qadında həmçinin qan müşahidə oluna bilər (lakin həmişə deyil, çünki "həqiqi” bakirələrdə də qan heç də həmişə əmələ gəlmir)

Bu prosedurun üstünlükləri;

- ucuz

- ən çoxu 30 dəqiqə çəkir

- prosedurdan sonra bərpa cəmi bir neçə saat çəkir

Bu prosedurun çatışmazlıqları:

- effekt ən çoxu 2 həftə davam edir; artıq 2 həftədən sonra saplar sorulub gedir və qızlıq pərdəsi əməliyyətdən öncə olduğu kimi olacaqdır

- Müayinə zamanı digər ginekoloq qızlıq pərdəsinin bərpası üzrə əməliyyatın keçirildiyini anlaya biləcəkdir.

Üçqatlı gimenoplastika

Bu prosedur ginekoloq tərəfindən daha çox vaxt və səy tələb edir, lakin üçqatlı gimenoplastikanın nəticələri buna dəyər. Bu prosedur zamanı ginekoloq uşaqlıq yolunun selikli təbəqəsinin sahələrini də tutaraq qızlıq pərdəsinin fraqmentlərini bir yerə yığaraq tikir. Bunun sayəsində"həqiqi”qızlıq pərdəsindənpraktiki olaraq fərqləndirmək mümkün olmayacaq yeni pərdə formalaşır.

Bu prosedurların üstünlükləri:

- əgər qadın cinsi həyat keçirmirsə, bu "bakirəlik” effekti 2-3 il saxlanılır

- "yeni" bakirləlik pərdəsi cəmi 2-3 həftədən sonra "əsl”dən heç nə ilə fərqlənməyəcəkdir, və hətta təcrübəli ginekoloq anlaya bilməyəcək ki, sizə əməliyyat tətbiq edilmişdir.

Bu prosedurun çatışmazlıqları:

- daha bahalıdır

- iki saata yaxın davam edir

- əməliyyatdan sonra bərpa bir həftədən çox vaxt aparır

- cinsi əlaqə zamanı güclü ağrılar və ya çoxlu qan əmələ gələ bilər

12. Mənim partnyorum fərqi hiss edəcəkmi?

Qızlıq pərdəsinin bərpa üsulundan asılı olmayaraq sizin cinsi partnyorunuz fərqi hiss edə və sizin ondan əvvəl cinsi həyat sürdüyünüzü bilə bilməyəcəkdir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Beynəlxalq Maliyyə Korporasiyasının icraçı direktoru Azərbaycana gəldi
Heydər Əliyev Mərkəzində onlara ziyafət verildi -FOTO
Estetik cərrahlardan şikayət edən onlar imiş -FOTO

İsveçdə dəmir dövrünə aid qeyri-adi dəfn yeri tapılıb

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
İlan ilbisi yedi — Viral olan həmin video
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Qaxda ağır qəza - Azyaşlı öldü