Bu yol yeniləndi
16 Noyabr 2026, 16:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1000
11.09.2020, 23:53
Qoç - çətin qərarlar vermək zərurəti ilə üzləşəcəksiniz. Müəyyən qurbanlar olmadan irəliləyiş olmaz. Dəyər verdiyiniz insanlarla daha çox vaxt keçirin. Səmimi, qayğıkeş olun.
Buğa - Yetərincə məhsuldar və uğurlu gündür. Qarşınıza konkret məqsədlər qoyubsunuzsa, onları reallaşdırmaq üçün maksimum səy göstərin. Mühüm və məsuliyyəti qərar qəbul etməkdən qorxmayın. Həmin qərar bundan sonrakı yaşamınıza təsir edəcək.
Əkizlər - peşə məziyyətlərinizi keyfiyyətcə yeni səviyyəyə qaldırın. Bunun üçün daha aktiv olun, səlahiyyətlərinizi genişləndirin. Maaş artımını tələb edə bilərsiniz. Axşam saatlarını aiənizə həsr edin. Sevdiyiniz insanın maraqlarını qulaqardına vurmayın.
Xərçəng - Yaxın gələcəklə bağlı planlarınızda zəruri dəqiqləşdirmələr aparın. Peşəkar fəaliyyət müstəvisində irəliləyişi prioritet sayın. Karyera çox önəmli məsələdir. İşdə rəhbərliyin tapşırıqlarını vaxtında yerinə yetirin, laqeyd və soyuqqanlı olmayın.
Şir - Sakit, təmkinli, çevik olun, planı reallaşdırmaq üçün əlverişli zaman və məkanı, uyğun şəraiti müəyyənləşdirin. Axşam saatlarında dincəlin. Açıq havada gəzinti, sevimli işlə məşğul olmaqda fayda var.
Qız - oyun qaydaları sizi təmin etmirsə, onları dəyişməyə çalışın. Gəlir və mənfəət verməyən işlərdən imtina edin. Sizinlə əlaqə saxlayan insandan yeni iş, layihə və ya sifariş ala bilərsiniz. Şəxsi maraqlar müstəvisindəki dəyişiklikləri sayıqlıqla izləyin. Planlarınızı gerçəkləşdirmək üçün ifrat aktivlik məhdudiyyətlər, maraqlı şəxslərin müqaviməti ilə qarşılaşacaqsınız.
Tərəzi - Sağlam məntiqi unutmayın. Günün ikinci yarısında təmkinli, səbrli davranın. Hisslər və emosiyalar burulğanına düşməyin. Planları aramla, eyni zamanda iradə ilə reallaşdırın. Dostlar və qohumlarla münasibətdə harmoniyaya riayət edin.
Əqrəb - Sürətli, qətiyyətli olun. Məqsədə doğru aparan yolda qarşınıza çıxan maneələrdən çəkinməyin. Uzun-uzadı müzakirələr və illüziyalara qapılmaq sizə yalnız zərər verə bilər.
Oxatan - qohumlarla ünsiyyət, ailə tədbirləri, alış-veriş üçün uğurludur. Səmimi və həssas olun, təmkinli və səbrli davranın. Simiclik etməyin.
Oğlaq - bütün mühüm işləri günün ikinci yarısına planlaşdırın. Günün ilk yarısı danışıqlar, toplantılar, tələsik işlərlə zəngin olacaq. Ötən həftədən qalmış işi başa vurun. Günün ikinci yarısında mühüm məsələ ilə bağlı danışıqlarda və ya həmsöhbətlə müzakirələrdə emosional amili nəzərə alın.
Dolça - romantikaya qapılaraq düşünülməmiş addım atmayın. Dəyər verdiyiniz insanlarla münasibətlərinizi korlamayın. İnadkarlıq etməyin, münaqişə və ya mübahisə üçün səbəb aramayın.
Balıqlar - uğurlu gündür. Hadisələrin normal axarı sizə bəyəndiyiniz işi seçməyə imkan verir. Qətiyyət və iradə ilə çalışsanız, sürətli irəliləyişə nail ola bilərsiniz. Günün ikinci yarısında problemlərin həllinə yaradıcı yanaşın.
17:01 / 16 Noyabr 2026
24
16:55 / 16 Noyabr 2026
40
16:52 / 16 Noyabr 2026
48
16:50 / 16 Noyabr 2026
50
16:33 / 16 Noyabr 2026
69
16:25 / 16 Noyabr 2026
105
16:17 / 16 Noyabr 2026
85
16:12 / 16 Noyabr 2026
114
16:08 / 16 Noyabr 2026
109
15:45 / 16 Noyabr 2026
79
15:18 / 16 Noyabr 2026
111
15:00 / 16 Noyabr 2026
108
14:30 / 16 Noyabr 2026
370
14:24 / 16 Noyabr 2026
119
14:19 / 16 Noyabr 2026
159
14:14 / 16 Noyabr 2026
127
14:10 / 16 Noyabr 2026
183
14:05 / 16 Noyabr 2026
134
14:00 / 16 Noyabr 2026
131
13:51 / 16 Noyabr 2026
163
13:47 / 16 Noyabr 2026
690
13:41 / 16 Noyabr 2026
142
13:40 / 16 Noyabr 2026
156
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.