Armudun bu növü mədə xərçənginin qarşısını alır - FAYDALARI
15 May 2026, 00:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
548
09.07.2020, 21:41
Bir çoxları yayın qızmar günlərində dənizə üz tutur, yaxud bölgələrdə istirahət edir. Əlacı olmayanlar isə təsəllini kondisionerin verdiyi soyuq havada tapır. Nəzərə alsaq ki, hazırda sərt karantin rejiminə əməl edərək evimizdən çıxa bilmirik, o zaman evdə sərinləməyin qaydalarını bilməliyik. Həkimlər deyir ki, kondisioner işləyən otaqda uzun müddət qalmaq orqanizmdə fəsadlara yol açır. Amma çoxu kondinsineri cıxış yolu kimi görür. Beləliklə, sizə isti havalarda sərinləməyin 7 yolunu açıqlayırıq:
Evi qaranlıq saxlayın
Pərdələri, jalüzləri gecədən endirin. Evə düşən gün işığı içəridə "parnik effekti" yaradır. Əgər bunun qarşısını alsaz, ev istidən yanmaz, kifayət qədər normal temperatur olar.
Evi gecədən soyudun
Bütün gecə boyu pəncərələri açıq qoyun, qapıları torlu qapı ilə əvəz edin. Sərin gecə havası evi soyudur və bu temperatur gündüz də normada qalır. Xüsusən yelçəkənli evlərdə bu əla effekt verir. Bina evində yaşayanlar dəhlizə, bloka açılan qapını da axşam 1-2 saatlıq aralı qoysa, ev kifayət qədər nəfəs alacaq.
Gen, boş, açıq rəngli geyimlər seçin
İsti yay günləri cins, qara şalvar, dar geyimlər, tünd rənglər sizi çox tərlədəcək. Sintetikanı unudun. Təbii pambıq, kətan, krujeva, ipək material seçin. Çalışın üzərinizdə geyim minimum olsun.
Hindular və ərəblər kimi edin
Onların bir tryükü işə yarayır. Nazik dəsmal, yaylıq və ya pambıq parçanı suda isladın, yaxşıca sıxın və türban, çalma kimi başınıza sarıyıb, boynunuzda bağlayın. Dərhal necə sərinlədiyinizi görəcəksiz.
Fironların sirri
Bilirsizmi, isti, bürkülü Misir gecələrində kondinsioneri olmayan fironlar və saray əhli necə yatırdı? Mələfəni soyuq suda isladıb, bərk sıxıb, ona bürünüb yatardılar. Mələfə sulu yox, nəm olmalıdır. Bu üsul rahat yuxuya getməyə kömək edirdi. Əgər yaş mələfə istəmirsizsə, onda islaq corablar geyinin.
İşıqları, texnikanı söndürün
Yayda axşamlar az lampa yandırın, bütün texnikanı elektrikdən ayırın. Bunlar istilik verir. Küncdə zərif bra işığı yetərlidir. Hətta şam belə, lampa kimi istilik vermir.
İsti şorba, çay və qəhvə olmaz
Qaynar günlərdə qəhvə, şirin su, çay, isti yeməklərdən uzaq durun. Bədəni daxildən isitməyin sizə faydası olmayacaq.
Soyuducuda buz ehtiyatınız olsun. İçəcəyiniz suya buz atın. Hətta buz dolu qabı avtomobilə qoysaz, yolboyu maşın sərin olacaq.
00:45 / 15 May 2026
1
00:33 / 15 May 2026
84
00:22 / 15 May 2026
42
23:59 / 14 May 2026
145
23:30 / 14 May 2026
64
23:13 / 14 May 2026
65
23:05 / 14 May 2026
71
22:34 / 14 May 2026
78
22:30 / 14 May 2026
152
22:13 / 14 May 2026
163
21:58 / 14 May 2026
149
21:52 / 14 May 2026
77
21:41 / 14 May 2026
71
21:30 / 14 May 2026
81
21:19 / 14 May 2026
83
21:14 / 14 May 2026
81
21:07 / 14 May 2026
236
21:02 / 14 May 2026
174
20:59 / 14 May 2026
71
20:56 / 14 May 2026
101
20:54 / 14 May 2026
167
20:49 / 14 May 2026
64
20:49 / 14 May 2026
473
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.