Armudun bu növü mədə xərçənginin qarşısını alır - FAYDALARI
15 May 2026, 00:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4635
08.07.2020, 12:04
"Azərbaycanda iyunun 21-də karantin rejimi sərtləşdirildi və həmin dövrdən bir-iki həftə ərzində biz stabilləşməni müşahidə etməyə başladıq".
Bunu BAKU.WS-ə açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib.
O əlavə edib ki, ölkədə ciddi artım olmadı, yoluxma sayı 600-dən o tərəfə keçmədi: "Sərtləşdirilmə qəbul edilməsəydi, o zaman biz hazırda bəlkə də 1000-1500 yoluxma sayı görəcəkdik.
Amma indi biz görürük ki, karantin tədbiri növbəti iki həftəyə uzadılıb və tədricən platonu görürük, yəni düz xətt, hətta o düz xətt azalmağa doğru gedir".
Nabil Seyidovun fikrincə, bütün tədqiqatlar göstərir ki, koronavirus infeksiyası ilə bağlı sərtləşdirilmiş karantin tədbirləri minimum 60 gün olmalıdır ki, rəqəmlər sıfıra yaxın olsun:
"Amma karantin sərtləşdirilməsi o demək deyil ki, infeksiya yox olacaq.
Əgər vətəndaşlar iki saat evdən çıxan müddətdə yenə də sanitar-gigiyenik normalara riayət etməsələr, maska taxmasalar və 5 nəfərdən çox toplaşsalar, tanımadığı adamlarla küçədə rastlaşıb maskasız söhbət etsələr, karantin ilin sonunadək uzadılsa da, bunun qarşısını almaq mümkün olmayacaq".
00:45 / 15 May 2026
1
00:33 / 15 May 2026
84
00:22 / 15 May 2026
42
23:59 / 14 May 2026
145
23:30 / 14 May 2026
64
23:13 / 14 May 2026
65
23:05 / 14 May 2026
71
22:34 / 14 May 2026
78
22:30 / 14 May 2026
152
22:13 / 14 May 2026
163
21:58 / 14 May 2026
149
21:52 / 14 May 2026
77
21:41 / 14 May 2026
71
21:30 / 14 May 2026
81
21:19 / 14 May 2026
83
21:14 / 14 May 2026
81
21:07 / 14 May 2026
236
21:02 / 14 May 2026
174
20:59 / 14 May 2026
71
20:56 / 14 May 2026
101
20:54 / 14 May 2026
167
20:49 / 14 May 2026
64
20:49 / 14 May 2026
473
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.