Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
34893
az

Koronavirusdan ölümə gətirib çıxaran əsas səbəb açıqlandı

22:2007 İyul, 2020
649
CƏMİYYƏT
  • A

Qanda fon Villebrand faktorunun yüksək olması COVID-19-a yoluxan xəstələrdə ağırlaşmalara və ölümə gətirib çıxaran əsas səbəbdir.

Rusiyalı alimlərin bununla bağlı araşdırmaları qısa şəkildə “MedicalXpress”də dərc olunub.

Mütəxəssislərin fikrincə, SARS-CoV-2 virusunun çoxalması qan damarlarının divarlarına ziyan vurur, bunun nəticəsində fon Villebrand faktoru sərbəst qalır. Nəticədə, tromboz riski, dolayısı ilə insult təhlükəsi və qan dövranı sistemində digər pozğunluqlar artır. Yeni tip koronovirusdan ölümlərin əksəriyyəti məhz qan laxtalanmasının həddən çox olması ilə əlaqədardır.

Xəstəliyin ağır formasının yüksək miqdarda faktorlarla əlaqələndirilməsi koronavirusa yoluxan bəzi pasiyentlərin özlərini normal hiss etmələrinin, digərlərinin isə ağciyərlərin süni ventilyasiyası cihazına qoşulmasının səbəbini izah edir.

Sözügedən zülalın səviyyəsi və fəaliyyəti ayrı-ayrı insanlarda müxtəlif cür dəyişir. Məsələn, kişilərdə qadınlara nisbətən daha çox miqdarda olur, həmçinin yaşın artması ilə onun səviyyəsi yüksəlir.

SARS-CoV-2-nin qan damarlarının daxili səthini örtməklə hüceyrələri zədələdiyinə dair artan sübutlar var. Bu vəziyyətdə damarların və kapilyarların lokal iltihabı inkişaf edir. Kəskin respirator-distress sindrom da fon Villebrand faktoru ilə əlaqələndirilə bilər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qarpızı xarab olmamaq üçün belə saxlayın

Uşaqlarda internet asılılığı hansı təhlükəli nəticələrə səbəb olur?
“İqlim dəyişikliyi sərhəd tanımır"

90% kişilərin şəhadət barmağında görünən çapığın sirri -Ajiotajın səbəbi tapıldı

18+

Hadisənin 18+ görüntüləri yayıldı
Çimərliyə raket düşdü - DƏHŞƏTLİ VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Corabınızın içərisinə soda tökün və geyinin - Görün,hansı xəstəliyi müalicə edirmiş
Kralın atı qadını ölümcül etdi