Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33085
az

Kürdəmirdə postlar qurulub, polis gücləndirilmiş iş rejiminə keçib

10:0314 İyun, 2020
550
CƏMİYYƏT
  • A
Bu gün saat 00:00-dan etibarən Kürdəmir rayonunda sərtləşdirilmiş karantin rejiminə start verilib.
 
Oxu24.com -un  məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən rayonun bütün kəndlərində və şəhər ərazisində müvəqqəti karantin postları qurulub.
 
Bununla bağlı DİN Daxili Qoşunlarının və bir neçə rayonun o cümlədən Ağsu, Göycay, Zərdab və Hacıqabul rayonlarının polis şöbələrinin əməkdaşları Kürdəmirə ezam olunublar. Hazırda rayonun bir necə yerində və bütün kəndlərdə müvəqqəti karantin postları qurulub və reydlər keçirilir. Bundan başqa gün ərzində rayon polis şöbəsinin əməkdaşları səsgücləndiricilər vasitəsi ilə insanları xəbərdar edərək onlara karantin rejiminin qaydalarına ciddi şəkildə əməl etməyi tövsiyə ediblər.
 
Qeyd edək ki, bu gündən etibarən Kürdəmirlə yanaşı, ölkənin bir neçə şəhər və rayonunda sərtləşdirilmiş karantin rejimi tətbiq olunub. 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məktəbin həyətində 18 yaşlı oğlanı "tok" vurub öldürdü - RƏSMİ
COP29-a görə toyların keçirilməsi təxirə salındı
Bakıda bu marşrut xəttinin nömrəsi dəyişdirildi

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi