SON DƏQİQƏ! Milli Məclis qərar qəbul etdi
12 May 2026, 13:02
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
563
13.06.2020, 19:28
İsti havada orqanizmin normal fəaliyyətini təmin etmək və sağlamlığı qorumaq üçün insan kifayət qədər maye qəbul etməlidir.
Oxu24.com bildiri ki, isti havada orqanizmdə susuzlaşma prosesi baş verir ki, qan qatılaşır, damarlarda trombların əmələ gəlməsi riski olduqca çox olur. Bu tromblar çox təhlükəlidir. Tromb damarlarda qan axını ilə hərəkət edə bilər. Beyin və ya ürəyin damarına düşdükdə tromb damarı bağlaya bilər. Bu isə infarkt və ya insultun inkişafı deməkdir. Son zamanlarda infarkt və insultun sayı ildən ilə artır. Bu ağır pozulmalar çox cavan insanlarda, hətta uşaqlarda inkişaf edir.
İsti havada bu pozulmaların əsas profilaktik tədbirlərindən biri kifayət miqdarda mayenin qəbul edilməsidir. Həkimlər "maye" dedikdə təmiz su nəzərdə tuturlar. Təəssüf ki, müasir insanların əksəriyyəti adi su içmir. Su şirin qazlı içkilər, müxtəlif "enerji" və s. kimi ziyanlı içkilərlə əvəz olunub. İlk növbədə qeyd etmək lazımdır ki, bu içkilər susuzluğun inkişafından qorumur əksinə, orqanizmi daha da susuzlaşdırır. Beləliklə, insan maye içir, lakin susuzluq azalmır, əksinə artır.
Digər tərəfdən bu içkilərin müntəzəm qəbulu sümüklərin vəziyyətinə çox mənfi təsir edir, sümüklərdən kalsiumun yuyulmasına səbəb olur. Bu xüsusilə uşaqlar və yaşlılar üçün təhlükəlidir. Uşaqların skeleti formalaşır, sümüklər möhkəmlənir. Şirin qazlı içkilərin həddindən artıq miqdarda qəbulu bu prosesi pozur, uşağın sümüklərini daha kövrək edir.
Yaşlı insanlarda sümük toxumasının azalması prosesi gedir. Bu orqanzmin ümumi qocalması ilə əlaqəli olan fizioloji prosesdir. Şirin qazlı içkilərin qəbulu bu prosesi daha da sürətləndirir.
Beləliklə, sağlamlığı qorumaq istəyən insan adi təmiz suya üstünlük verməlidir.
Hörmətli valideynlər! Uşaqları kiçik yaşlardan "cola" və "pepsi" deyil, təmiz su içməyə öyrəşdirin. Adətən valideynlər uşağın qidalanmasına fikir verir, lakin mayenin qəbuluna ciddi yanaşmırlar. Bu çox böyük səhvdir. Sağlamlığın təməli məhz uşaq vaxtlarında qoyulur və uşaqda düzgün vərdişləri formalaşdırmaqla biz, valideynlər, onu sağlam və möhkəm böyüdə bilərik.
13:02 / 12 May 2026
5
12:56 / 12 May 2026
19
12:49 / 12 May 2026
61
12:47 / 12 May 2026
33
12:43 / 12 May 2026
41
12:40 / 12 May 2026
38
12:31 / 12 May 2026
138
12:25 / 12 May 2026
48
12:20 / 12 May 2026
49
12:05 / 12 May 2026
67
12:02 / 12 May 2026
122
11:54 / 12 May 2026
59
11:43 / 12 May 2026
69
11:38 / 12 May 2026
98
11:23 / 12 May 2026
822
11:19 / 12 May 2026
62
11:11 / 12 May 2026
69
11:06 / 12 May 2026
61
11:02 / 12 May 2026
299
10:56 / 12 May 2026
72
10:55 / 12 May 2026
14856
10:49 / 12 May 2026
122
10:40 / 12 May 2026
72
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.