SON DƏQİQƏ! Milli Məclis qərar qəbul etdi
12 May 2026, 13:02
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1268
13.06.2020, 13:44
“Sərt karantin rejimində itlərin küçəyə çıxarılması hallarından sui-istifadə edilməməlidir. Hər şeyi cəza ilə, cərimə ilə tənzimləmək olmaz. Burada insan təfəkkürü, düşüncəsi əsasdır. Hər kəs başa düşməlidir ki, bu onun öz sağlamlığını qoruması naminə atılan addımdır. İnsanlar bir qədər məsuliyyətli olub, sui-istifadə hallarına yol verməməlidirlər”.
Bu sözləri “Ölkə.Az”a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
Əməkdaşımızın “ev heyvanlarının gəzdirilməsində sui-istifadə hallarının qarşısını almaq üçün hansı addımlar atılacaq, itin kimə məxsus olduğu necə müəyyənləşdiriləcək” sualına K.Əliyevin bunu sırf insanların vicdanına buraxdıqlarını deyib.
“Hər dəfə bununla bağlı, polis işçiləri iti gəzdirənin kimliyini müəyyənləşdirmək üçün araşdırma apara bilməz. Belə addım atmamağı insanların öz ixtiyarına, vicdanlarına buraxırıq. Bu cür hallardan sui-istifadə etmək, düzgün deyil”.
Daha sonra o, bu cür hallardan yersiz istifadənin qarşısını almaq üçün müəyyən qadağaların tətbiq olunacağının qaçılmaz olduğunu bildirib.
“Nəzərə alınmalıdır ki, əgər ev heyvanlarının küçəyə çıxarılmasında sui-istifadə halları olarsa, bu vəziyyətin qarşısının alınması məqsədilə ötən həftə olduğu kimi bu dəfə də müəyyən məhdudiyyətlər tətbiq oluna bilər”,- deyə, Kamran Əliyev vurğulayıb.
Qeyd edək ki, 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək ölkədə tətbiq olunan sərt karantin rejimi zamanı vətəndaşlar itini küçəyə çıxarmaq zərurəti yaranarsa, qısa müddət ərzində yalnız yaşadığı binanın həyətində ev heyvanlarını gəzdirə bilər.
13:02 / 12 May 2026
34
12:56 / 12 May 2026
32
12:49 / 12 May 2026
130
12:47 / 12 May 2026
41
12:43 / 12 May 2026
52
12:40 / 12 May 2026
47
12:31 / 12 May 2026
147
12:25 / 12 May 2026
55
12:20 / 12 May 2026
56
12:05 / 12 May 2026
71
12:02 / 12 May 2026
125
11:54 / 12 May 2026
60
11:43 / 12 May 2026
70
11:38 / 12 May 2026
101
11:23 / 12 May 2026
863
11:19 / 12 May 2026
62
11:11 / 12 May 2026
70
11:06 / 12 May 2026
62
11:02 / 12 May 2026
307
10:56 / 12 May 2026
72
10:55 / 12 May 2026
14884
10:49 / 12 May 2026
122
10:40 / 12 May 2026
72
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.