SON DƏQİQƏ!Generalla bağlı ƏMR İMZALANDI
19 Fevral 2026, 18:14
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
739
27.05.2020, 17:19
Milli Məclisin deputatı Aydın Mirzəzadə Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) iki nəfər erməninin Azərbaycana və Macarıstana qarşı iddiası üzrə qəbul etdiyi qərara münasibət bildirib.
Oxu24.com deputatın yazısını təqdim edir:
Dünən Avropa İnsan Haqları Məhkəməsi iki nəfər erməninin Azərbaycana və Macarıstana qarşı iddiası üzrə qərar qəbul edib. Qərar 2012-ci ildə Macarıstandan Azərbaycana ekstradisiya edilmiş Ramil Səfərovun işi ilə bağlıdır.
Məhkəmədə Ermənistan vətəndaşlarının hüquqlarını bu sahədə xüsusi ixtisaslaşmış Britaniya hüquqşünasları müdafiə edirdi.
İşin materiallarına görə, Ermənistanın işğalı altında olan Cəbrayıl rayonunda doğulan Ramil Səfərov 2004-cü ildə NATO proqramları çərçivəsində Macarıstanda keçirilən üç aylıq ingilis dili kurslarına qatılıb. O, kurs yoldaşı, əslən erməni olan Qurqen Markaryanı təhqirə görə qətlə yetirib və 2006-ci il, aprelin 13-də Budapeşt Şəhər Məhkəməsinin qərarı ilə ömürlük azadlıqdan məhrum olunub. 2012-ci ildə Macarıstan hökuməti Azərbaycanın müvafiq müraciəti üzrə R.Səfərovu Azərbaycana təhvil verib, o, Azərbaycanda əfv olunub.
Həmin vaxt vəfat etmiş erməni hərbçisinin ailəsi AİHM-ə şikayət edib. Ərizəçilər iddia edirdi ki, hərbçinin Azərbaycanda əfv edilməsi İnsan Haqları üzrə Avropa Konvensiyanın 2-ci maddəsinə uyğun olmayıb.
Ərizəçilər bundan əlavə, R.Səfərovun Azərbaycanda həbs cəzasının qalan hissəsini çəkəcəyi mövzusunda məcburedici təminat almadan Azərbaycan tərəfinin tələbini təmin etməsi ilə Macarıstanın Konvensiyanın 2-ci maddəsini pozduğunu da iddia edirdilər.
Onlar tələb etmişdilər ki, Məhkəmə cavabdeh dövlətin üzərinə R.Səfərovun əfv edilməsi qərarının ləğv olunması barədə ümumi tədbir məcburiyyəti qoysun.
AİHM-in qəbul etdiyi qərarda göstərilir ki, bu işdə Konvensiyanın 2-ci (yaşamaq) (Azərbaycan), 14-cü (ayrı-seçkiliyin qadağan olunması) maddələrinin pozuntusuna yol verilib. Nə Azərbaycan, nə də Macarıstan Konvensiyanın 38-ci maddəsinə (Məhkəmə işinin araşdırılması) əməl etməyiblər.
Azərbaycan ərizəçilərə 15 min 143,33 funt strerling təzminat ödəməlidir. Təzminat xərc və məsrəflərə görədir. Bu isə Azərbaycan hökumətinin iddiaçıların məhkəmə xərclərinin ödəməsindən ibarətdir.
Həmçinin oxuyun
Ermənilərin digər iddiaları rədd edilib.
AİHM öz qərarında bununla bağlı qeyd edib ki, işin hallarının işığında Azərbaycana münasibətdə hər hansı ümumi və ya fərdi tədbirlərin görülməsi öhdəliyini məqsədəuyğun saymır.
Avropa Məhkəməsinin Ramil Səfərovun işi ilə bağlı qərarı Azərbaycanın üzərinə heç bir beynəlxalq hüquqi öhdəlik qoymur.
Erməni tərəfi yaşamaq hüququnun maddi aspekti məsələsində Azərbaycanın beynəlxalq hüquqi məsuliyyətinin qəbul olunmasına çalışırdı. Onların bu iddiası təmin edilməyib.
AİHM rəsmi Budapeştin hərəkətlərində heç bir qanun pozuntusu tapmayıb. Ramil Səfərov Macarıstan hökuməti tərəfindən qanuni olaraq Azərbaycana verilib və Azərbaycan Konvensiyanın müddəalarına uyğun olaraq faktiki olaraq onu qəbul edib. Avropa Məhkəməsinin qərarında nəzərə alınmalı olan əsas şey budur.
Bu qərar ümumi tədbirlər baxımında Azərbaycan tərəfinin üzərinə heç bir öhdəlik qoymur. Qərarda maddi və ya mənəvi ziyan da daxil olmaqla heç bir təzminat müəyyən edilməyib.
Təəssü fki, Avropa məhkəməsi hadisənin baş vermə səbəbini araşdrmayıb və bu barədə qərarda heç bir istinad yoxdur. Səbə isə Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi, bir milyondaç çox vətəndaşamızı öz torpaqlarından qovması, on minlərlə vətəndaşlarımızı həyatdan məhrum etməsidir.
Nəticə olaraq isə bir çox fəsadlar törənib, Ramil Səfərov da bunun mənəvi qurbanlarından biridir. Həmçinin Budapeştdə tədbir zamanı erməni zabitlərinin daima Azərbaycan nümayəndəsini və Azərbaycan dövlət atributlarını təhqir etməsi də hadisədə az rol oynamayıb.
Ermənistan bu məhkmə işindən Azərbaycana qarşı bir siyasi və diplomatik təzyiq aləti kimi istifadə etməyə, Azərbaycanın üzərinə siyasi və hüquqi öhdəlik qoymaq istəyirdi.
Bu isə onlarda alınmadı.
18:14 / 19 Fevral 2026
60
18:13 / 19 Fevral 2026
1
17:51 / 19 Fevral 2026
108
17:42 / 19 Fevral 2026
38
17:38 / 19 Fevral 2026
33
17:18 / 19 Fevral 2026
155
17:08 / 19 Fevral 2026
30
17:02 / 19 Fevral 2026
43
16:49 / 19 Fevral 2026
46
16:47 / 19 Fevral 2026
43
16:44 / 19 Fevral 2026
194
16:30 / 19 Fevral 2026
445
16:27 / 19 Fevral 2026
56
16:03 / 19 Fevral 2026
643
15:56 / 19 Fevral 2026
54
15:33 / 19 Fevral 2026
730
15:00 / 19 Fevral 2026
152
14:48 / 19 Fevral 2026
133
14:45 / 19 Fevral 2026
74
14:43 / 19 Fevral 2026
62
14:01 / 19 Fevral 2026
118
13:58 / 19 Fevral 2026
60
13:56 / 19 Fevral 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.