Metroda nə baş verib?
19 Fevral 2026, 14:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
946
26.05.2020, 22:42
Müharibə şəraitində olan Yəmənin sahillərində lövbərlənən “Safir” tankeri “üzən bomba” olaraq xarakterizə olunur.
Oxu24.com xəbər verir ki, mütəxəssislər bu tankerin ekoloji fəlakət yarada biləcəyini iddia edir.
Bəs nə üçün ekoloji risk mənbəyi olan bu tanker beş ildir ki, Hudeydənin şimalındakı Ras İsa limanındadır?
“Safir” tankeri Yəmən hökuməti ilə Husilər arasındakı döyüşün məhsuludur. 1 milyon barreldən çox neft daşıyan tanker sürətlə eroziyaya uğrayır. Artıq illərdir ki, gəminin partlama təhlükəsi mövcuddur.
Yəmən neft şirkətinə məxsus “Safer” tankeri Yəmənin mərkəzindəki “Marib” neft yatağından çıxarılıb emal edilən nefti xarici ölkələrə nəql etməyə imkan yaradır. Tanker özündə ümumi tutumu 3 milyon barrel olan müxtəlif həcm və ölçüdə 34 xam neft daşıyan konteyneri birləşdirir.
BMT Təhlükəsizlik Şurasının nümayəndələri dəfələrlə tankerə yoxlama qrupu göndərmək istəsə də, bunun üçün icazə ala bilməyiblər. BMT ilə söhbətdə münaqişə tərəfləri bir-birini günahlandırmağa davam edir və gəminin taleyi ilə bağlı ortaq bir məxrəcə gələ bilmir.
Həmçinin oxuyun
Tankerin hazırda olduğu liman husi üsyançılarının Ənsar-Allah hərəkatı tərəfindən nəzarətdədir. BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Mark Laukok husilərin Ras əl-İsa limanına mütəxəssis qəbul etməkdən imtina etdiklərini dəfələrlə vurğulayıb.
Sonradan üsyançılar neft satışından əldə edilən gəlirlər müqabilində keçidi açacaqlarını bəyan edib. Husilər 80 milyon dollar dəyərində olan gəmidəki neftdən əldə edilən gəlirləri idarə edə biləcəklərinə dair zəmanət istəyirlər.
Yəmən hökuməti isə BMT-yə göndərdiyi məktubda "Qırmızı dənizdəki qaçılmaz ekoloji və humanitar fəlakəti" təhdid edən "pisləşən vəziyyət" barədə xəbərdarlıq edir. Sözügedən tanker Husi üsyançılarının nəzarəti altına düşdüyü 2015-ci ilin mart ayından bəri limandadır.
Məsələdən ciddi narahatlıq yaşayan Yəmən hökuməti növbəti dəfə beynəlxalq topluma çağırış edib. Yəmənin Kommunikasiya naziri Müəmmər ər-İryani Tvitterdəki paylaşımında tankerin 1 milyon barreldən çox neft daşıdığını, yaranacaq hər hansı sızma və partlayış hadisəsi nəticəsində dünya tarixinin ən böyük ekoloji fəlakətinin meydana gələcəyini bildirib.
Tankerə aid 2 foto paylaşan nazir bu fotoların meydana gələn erroziyanı ortaya qoyduğunu qeyd edib.

14:45 / 19 Fevral 2026
1
14:43 / 19 Fevral 2026
7
14:01 / 19 Fevral 2026
48
13:58 / 19 Fevral 2026
32
13:56 / 19 Fevral 2026
39
13:50 / 19 Fevral 2026
42
13:42 / 19 Fevral 2026
38
13:34 / 19 Fevral 2026
47
13:17 / 19 Fevral 2026
1330
13:03 / 19 Fevral 2026
57
12:45 / 19 Fevral 2026
61
12:43 / 19 Fevral 2026
198
12:41 / 19 Fevral 2026
150
12:40 / 19 Fevral 2026
85
12:36 / 19 Fevral 2026
81
12:34 / 19 Fevral 2026
56
12:30 / 19 Fevral 2026
163
12:16 / 19 Fevral 2026
69
12:08 / 19 Fevral 2026
71
12:03 / 19 Fevral 2026
307
11:54 / 19 Fevral 2026
57
11:47 / 19 Fevral 2026
62
11:43 / 19 Fevral 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.