Bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
18 Noyabr 2026, 19:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
815
26.05.2020, 17:37
Sumqayıtda it döyüşləri təşkil edənlərlə bağlı araşdırmalara başlanılıb.
Oxu24.com bildirir ki, qafqazinfo-nun verdiyi xəbərə görə, sosial şəbəkələrdə itlərin döyüşdürülərək bir-birini parçalaması barədə videogörüntülər yayılıb. Məlumatda qeyd olunub ki, Mətləb adlı şəxs "Pitbull" fermasında it döyüşləri təşkil edir. İddiaya görə, itlərə narkotik vurub, ölənə qədər döyüşdürürlər. Qeyd edilir ki, hətta küçədən adi itləri tutub, döyüşçü itlərin önünə atırlar. "Pitbull" küçə itini öldürdükdən sonra isə onun cəsədi doğranılır və cavan döyüş itlərinə yedizdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov qafqazinfo-ya bildirib ki, sosial şəbəkələrdə yayılan videogörüntülər nəzarətə götürülüb və müvafiq qaydada araşdırma aparılır.
Sosial şəbəkələrdə təşkilatçılardan biri olduğu qeyd edilən şəxs haqda məlumat yayılıb. Özünü Mister Yavo kimi təqdim edən şəxs qafqazinfo-ya açıqlamasında bir neçə il əvvəl Sumqayıtda it döyüşdürdüklərini etiraf edib: "Cavan olmuşuq, bilməmişik. Bunları etmişik. Amma indi belə şeylərdən uzağam. Özüm də 3 ildir Azərbaycanda yaşamıram. Yayılan görüntülər isə bizim döyüşlərdən deyil, bizə aidiyyatı yoxdur".

19:08 / 18 Noyabr 2026
1
18:50 / 18 Noyabr 2026
23
18:45 / 18 Noyabr 2026
60
18:37 / 18 Noyabr 2026
77
18:33 / 18 Noyabr 2026
56
18:22 / 18 Noyabr 2026
68
18:17 / 18 Noyabr 2026
80
18:11 / 18 Noyabr 2026
98
18:05 / 18 Noyabr 2026
87
18:00 / 18 Noyabr 2026
86
17:51 / 18 Noyabr 2026
82
17:49 / 18 Noyabr 2026
84
17:45 / 18 Noyabr 2026
92
17:25 / 18 Noyabr 2026
103
17:20 / 18 Noyabr 2026
112
17:20 / 18 Noyabr 2026
124
17:11 / 18 Noyabr 2026
333
17:05 / 18 Noyabr 2026
108
16:52 / 18 Noyabr 2026
282
16:45 / 18 Noyabr 2026
109
16:43 / 18 Noyabr 2026
109
16:41 / 18 Noyabr 2026
103
16:26 / 18 Noyabr 2026
188
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.