Qaynar xətt:

(+99450) 247 90 86

Rayonlara dolu düşdü - FAKTİKİ HAVA / YENİLƏNDİ

Rayonlara dolu düşdü - FAKTİKİ HAVA / YENİLƏNDİ

CƏMİYYƏT

707

26.05.2020, 11:30

Saat 22:00-a olan məlumata əsasən Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Şamaxı, Mingəçevir, Kürdəmir, Kişçay(Şəki), Balakəndə şimşək çaxıb, yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Publika.az verilən məlumata görə, Balakəndə saat 18.50-18.53 radələrində diametri 12 mm olan dolu düşüb.

İsmayıllı rayonuna da dolu yağıb.

***

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Oxu24.com-a verilən məlumata görə, saat 18:00-a olan məlumatına əsasən Şərur, Şahbuz, Ordubad, Daşkəsən, Gədəbəy, Zaqatala, Yevlax, Şəki, Ağstafa, Naxçıvan, Balakəndə şimşək çaxıb, yağış yağıb.