“Yapı Merkezi Azərbaycan” şirkətinin təqdimat mərasimi keçirilib - FOTO/VİDEO
19 Fevral 2026, 12:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1379
25.05.2020, 23:14
Sağlam olmaq və immuniteti möhkəm saxlamaq üçün gigiyena qaydalarına əməl etmək vacib şərtdir. Ancaq bir çox insan doğru olduğunu düşünərək bəzi gigiyenik səhvlər edir.
Oxu24.com bu mövzuda ən çox yayılan yanlışları təqdim edir.
1) Tez-tez duş qəbul etmək
Tez-tez duş almaq gec yuyunmaqdan daha təhlükəlidir. Kolumbiya Universitetinin yoluxucu xəstəliklər üzrə mütəxəssislərinin araşdırmasına görə, çox duş qəbul etmək dərinin qurumasına və çatlamasına səbəb olur. Bu da mikrobların bədəninizə yaralar vasitəsilə daha sürətli nüfuz etməsi deməkdir. Mütəxəssislər gündə bir dəfədən artıq duş qəbul etməyi yanlış hesab edir.
2) Tualetdən əvvəl əlləri yumamaq
Mikrobları və saysız-hesabsız bakteriyaları tək tualetdə dəyil, evinizin hər küncündə tapa bilərsiniz. Əlləriniz uzun müddət yuyulmadığı təqdirdə, saysız-hesabsız bakteriya mənbəyinə çevrilir. Mütəxəssislər tualetə girməzdən 20 saniyə əvvəl əllərinizi sabunla yumağı tövsiyə edir.
Həmçinin oxuyun
3) Unitaz düyməsini barmaqlarınızın ucu ilə basmaq
Tualetin ən təhlükəli yerlərindən biri unitazın təkan düyməsidir. Araşdırmalara görə, unitaz düyməsinə basdıqdan 90 dəqiqə sonra bütün bakteriya və damlalar hələ də səthdə qalır. Buna görə, sifonu barmaqlarınızın ucu ilə deyil, yastı tərəfi və ya arxası ilə basmağa çalışın. Beləliklə, bakteriyaların ətrafa yayılmasının qarşısını almış olacaqsınız.
4) Uzun müddət eyni yastıqda yatmaq
İçərisində quş tükü olan yastıqlar tozu özünə tez çəkir və kifə zəmin hazırlayır. Bu vəziyyət zamanla sifətinizdə demodekoz (qızartı) kimi problemlərə səbəb ola bilər. Digər bir araşdırmaya görə, toz burunda və yuxarı tənəffüs yollarında tıxanıqlıq yaradır. Bu baxımdan yüksək temperaturda yastığınızı su ilə yumaq və mütəmadi dəyişməyiniz sağlamlığınız üçün daha faydalıdır.
5) Üzü qatı sabunla yumaq
Bir çox insan demək olar ki, fərqində olmadan üzünü qatı sabunla yuyur, bununla daha təmiz olacağını düşünür. Ancaq sabun məsamələri tıxayır. Dəridəki pH səviyyəsini (dərinin turşuluq vahidi) və qoruyucu baryeri məhv edir.
12:45 / 19 Fevral 2026
22
12:43 / 19 Fevral 2026
64
12:41 / 19 Fevral 2026
42
12:40 / 19 Fevral 2026
32
12:36 / 19 Fevral 2026
35
12:34 / 19 Fevral 2026
24
12:30 / 19 Fevral 2026
86
12:16 / 19 Fevral 2026
41
12:08 / 19 Fevral 2026
49
12:03 / 19 Fevral 2026
164
11:54 / 19 Fevral 2026
42
11:47 / 19 Fevral 2026
48
11:43 / 19 Fevral 2026
58
11:35 / 19 Fevral 2026
464
11:09 / 19 Fevral 2026
140
10:59 / 19 Fevral 2026
175
10:44 / 19 Fevral 2026
876
10:36 / 19 Fevral 2026
49
10:30 / 19 Fevral 2026
509
10:28 / 19 Fevral 2026
53
10:26 / 19 Fevral 2026
52
10:24 / 19 Fevral 2026
58
10:22 / 19 Fevral 2026
47
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.