Xəyyam 5-ci dəfə ata oldu
21 Oktyabr 2026, 16:51
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
2087
23.04.2020, 21:50
Hazırda işsiz statusunun verilməsi və işsiz vətəndaşlara birdəfəlik müavinətin ödənilməsi ilə bağlı fəaliyyət göstərən sistemdə heç bir yüklənmə yoxdur.
Oxu24.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib. İşsiz statusunun verilməsi və vətəndaşlara müavinət almaqdan ötrü daha çox e-sosial.az portalı vasitəsilə qeydiyyatdan keçməyi tövsiyə edən B.Hüseynov qeyd edib ki, müraciət edən vətəndaşa işsiz statusu bir gün ərzində verilir.
“Vətəndaşa SMS elektron bazaya daxil olan məlumat əsasında göndərilir. Vətəndaşlar “Azərpoçt”un rəsmi intrenet ünvanından ödəniş alıb-almadıqları, vəsaitin köçürülüb-köçürülmədiyi barədə informasiya ala bilərlər. Bunun çox asan yolu var. Vətəndaş sayta daxil olduqda elə ilk interfeysdə sorğu bölməsi açılır. Orada şəxsiyyət vəsiqəsinin FİN kodunu qeyd edib “mən robot deyiləm” düyməsini seçirlər.
Bundan sonra onlara məlumat təqdim edilir və burada qeyd edilir ki, sizə ödəniş verilib, gedib ala bilərsiniz, yaxud sizin haqqınızda heç bir məlumat tapılmadı.
Əgər “heç bir məlumat tapılmadı” infromasiyası verilirsə, deməli, hələ onun müraciətinə baxılmayıb. Ər və arvadın müraciəti 4-5 elektron baza əsasında araşdırılır.
Araşdırma zamanı müraciətlə bağlı hansısa dövlət qurumunun bazasından məlumat daha tez üzə çıxır. Bu halda, həmin vətəndaşa da SMS daha tez göndərilir".
18:05 / 27 Oktyabr 2026
25
18:05 / 27 Oktyabr 2026
30
18:02 / 27 Oktyabr 2026
29
18:00 / 27 Oktyabr 2026
45
17:50 / 27 Oktyabr 2026
51
17:33 / 27 Oktyabr 2026
627
17:29 / 27 Oktyabr 2026
72
17:27 / 27 Oktyabr 2026
107
17:19 / 27 Oktyabr 2026
89
17:16 / 27 Oktyabr 2026
76
17:13 / 27 Oktyabr 2026
80
17:02 / 27 Oktyabr 2026
125
16:56 / 27 Oktyabr 2026
78
16:51 / 27 Oktyabr 2026
87
16:49 / 27 Oktyabr 2026
143
16:39 / 27 Oktyabr 2026
180
16:25 / 27 Oktyabr 2026
454
16:12 / 27 Oktyabr 2026
154
16:09 / 27 Oktyabr 2026
110
16:06 / 27 Oktyabr 2026
120
16:04 / 27 Oktyabr 2026
71
15:57 / 27 Oktyabr 2026
460
15:43 / 27 Oktyabr 2026
717
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.