Qalkinin İstanbuldakı konserti ləğv edildi
24 Oktyabr 2026, 22:14
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
1092
20.04.2020, 09:51
“Tək yaşayıram. Karantin rejimi tətbiq ediləndən sonra evimdə çalışan köməkçim gələ bilməyib. Elə o gündən başlayaraq, evin bütün işləri ilə özüm məşğul oluram. Fikirləşdim ki, kimdən artığam? (gülür) Yemək bişirdim, təmizlik işlərini gördüm. Bundan çox böyük həzz aldım.
Eyvanımda çoxlu güllərim var. Onları suladım, torpağını yenilədim. Bir sözlə, onlara da zaman ayırdım. Artıq izlədiyim filmlərin də məzmunu mənim üçün dəyişdi. Karantin rejimində yalnız müsbət əhval bəxş edən filmlərə baxmağa başlamışam”.
Oxu.Az xəbər verir ki, bunu məşhur teleaparıcı Nərgiz Cəlilova Əməkdar artist Bəhram Bağırzadənin “Instagram” hesabında açdığı canlı yayımın qonağı olarkən dilə gətirib.
N.Cəlilova karantinin insanları aqressivləşdirdiyini söyləyib, onları xoşniyyətli olmağa səsləyib:
“Əvvəlcə hamının əhval-ruhiyyəsi sanki nədənsə gözümə bədbin göründü. Get-gedə insanlar evdə qalmaqla darıxmağa başladılar. Hərəkət olmadığından aqressivlik başladı. Söz atmaq, həqarət, ittiham etmək kimi məsələlərlə üz-üzə qaldıq. Hər dəqiqə müxtəlif çağırışlar edirik ki, “evdə qal”, “güc birlikdədir”, “bərabər olaq”, “virusa savaş açaq”, “virusa qalib gələk”.
Bəs necə oldu bizim birliyimiz? Bu sual qarşısında qaldım. Bir tərəfdən də insanları başa düşməyə çalışdım. Bir daha insanları xoşniyyətli olmağa səsləyirəm. Yalnız bununla bir-birimizə söz çatdıra bilərik. Xüsusən bu ağır və çətin dövrdə”.
Müsahibənin sonunda isə teleaparıcı koronavirus pandemiyasının bir oyun olduğunu iddia edib:
“Bu bəla bütün dünyanın başından rədd olub getsin! Yaşadığımız bu hadisələrlə bağlı ağlımda bəzi müəmmalar var. Bu, mənim iddiamdır ki, koronavirus bir oyundur.
Karantin bitəndən, həyat öz axarına düşəndən sonra bunun fəsadı nə olacaq, nəticəsi nə olacaq, düşünürəm ki, biz hələ bilmirik. İstəyirəm ki, bütün bunlar bir yuxu kimi həyatımızdan keçsin. Yəqin ki, bunların nə üçün olduğunun tüstüsü çıxacaq”.
18:05 / 27 Oktyabr 2026
25
18:05 / 27 Oktyabr 2026
30
18:02 / 27 Oktyabr 2026
29
18:00 / 27 Oktyabr 2026
45
17:50 / 27 Oktyabr 2026
51
17:33 / 27 Oktyabr 2026
627
17:29 / 27 Oktyabr 2026
72
17:27 / 27 Oktyabr 2026
107
17:19 / 27 Oktyabr 2026
89
17:16 / 27 Oktyabr 2026
76
17:13 / 27 Oktyabr 2026
80
17:02 / 27 Oktyabr 2026
125
16:56 / 27 Oktyabr 2026
78
16:51 / 27 Oktyabr 2026
87
16:49 / 27 Oktyabr 2026
143
16:39 / 27 Oktyabr 2026
180
16:25 / 27 Oktyabr 2026
454
16:12 / 27 Oktyabr 2026
154
16:09 / 27 Oktyabr 2026
110
16:06 / 27 Oktyabr 2026
120
16:04 / 27 Oktyabr 2026
71
15:57 / 27 Oktyabr 2026
460
15:43 / 27 Oktyabr 2026
717
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.