Ahıl Jurnalistlər Məclisinin toplantısı keçirilib
19 Noyabr 2026, 18:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
5547
17.04.2020, 09:15
190 manatlıq birdəfəlik ödəmə üçün qeydiyyatdan keçən xeyli insan var. Lakin onların əksəriyyətinə ödəmənin təyin-olunub olunmaması ilə bağlı bildiriş göndərilməyib. Dövlət Məşğulluq Xidməti bildirişlərin göndərilməmə səbəbini və onlayn qeydiyyat bölməsində edilən yenilikləri açıqlayıb.
Oxu24.com xəbər verir ki, 190 manatlıq birdəfəlik ödəmə üçün qeydiyyatdan keçən, lakin hələ də heç bir cavab almayan insanlar var. Onları düşündürən əsas məsələlərdən biri də odur ki, hər hansı bir səbəbdən ödəmə təyin edilməyənlərə də bununla bağlı bildiriş sms-i göndəriləcəkmi?
Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızının sözlərinə görə, birdəfəlik ödəmə üçün minlərlə müraciət var. Artıq 120 min nəfərə birdəfəlik ödəmə təyin olunub.Vətəndaşlara ödəmənin təyin edilməsi sms-ləri ilə yanaşı, imtina bildirişləri də göndərilir.Artıq 20 min nəfərə imtina sms-i göndərilib.Cavab mesajlarının göndərilməsi ilə bağlı konkret bir müddət yoxdur.
Qeydiyyatdan keçən bütün şəxslərə yaxın günlərdə bununla bağlı bildirişlər göndəriləcək. Daha bir məsələ isə E-sosial portalının "Onlayn Müraciət" bölməsində yeniliyin edilməsidir.
Hazırda qeydiyyat zamanı "həyat yoldaşının fin kodu" hissəsində onun əcnəbi olması və digər seçimlər qoyulub. Əvvəl isə bu yox idi və fin kodun yazılması məcburi idi. Ona görə də bəzən vətəndaşlar həmin hissəyə müxtəlif hərf və rəqəmlər yazmaqla qeydiyyatdan keçməli olurdular. Həmin şəxslərə də ödəmənin təyin edilməsində problem yaranmayacaq.
Birdəfəlik ödəmə üçün qeydiyyat davam edir.
18:55 / 19 Noyabr 2026
13
18:50 / 19 Noyabr 2026
51
18:07 / 19 Noyabr 2026
72
17:58 / 19 Noyabr 2026
90
17:50 / 19 Noyabr 2026
77
17:47 / 19 Noyabr 2026
288
17:45 / 19 Noyabr 2026
84
17:41 / 19 Noyabr 2026
81
17:34 / 19 Noyabr 2026
87
17:30 / 19 Noyabr 2026
98
17:20 / 19 Noyabr 2026
91
17:15 / 19 Noyabr 2026
94
17:01 / 19 Noyabr 2026
249
16:51 / 19 Noyabr 2026
362
16:50 / 19 Noyabr 2026
132
16:48 / 19 Noyabr 2026
104
16:35 / 19 Noyabr 2026
121
16:29 / 19 Noyabr 2026
117
16:24 / 19 Noyabr 2026
119
16:18 / 19 Noyabr 2026
139
16:15 / 19 Noyabr 2026
448
16:12 / 19 Noyabr 2026
112
16:10 / 19 Noyabr 2026
140
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.