Başqaları kimi onu da güllələyəcəkmişlər, Stalin qoymayıb - MARAQLI FAKT
27 Oktyabr 2026, 14:55
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
1040
16.04.2020, 20:58
Həbsdə olan Hüseyn Abdullayev əfv istəmədiyini deyir. Anası Zeynəb Abdullayevanın ölkə rəhbərliyinə müraciəti var.
Musavat.com xəbər verir ki, bir neçə gündür sosial şəbəkələrdə sabiq deputat, "Quska" ləqəbli Hüseyn Abdullayevin əfv üçün müraciət etməsi ilə bağlı məlumatlar dolaşır.
Hüseyn Abdullayev bu gün həbsxanadan göndərdiyi məktubunda əfv istəmədiyini bildirib. O, günahsız yerə həbs edildiyini və buna görə də heç vaxt əfv istəməyəcəyini deyir. Sabiq deputat barəsində bəraət hökmü çıxarılmasını istəyir.
Məlumata görə, Hüseyn Abdullayevin əfv istəməsi ilə bağlı xəbərlərin yayılmasına səbəb anası Zeynəb Abdullayevanın ölkə rəhbərliyinə məktub yazması olub.
Z.Abdullayeva yazdığı məktubla bağlı bildirib ki, bunu oğlundan gizlin edib.
"Mən məktubumda ana olduğumu, 70 yaşımda oğlumun həbsdə qalmasına dözə bilmədiyimi, onun günahsız olduğunu və azadlığa buraxılmasını xahiş etmişəm. Amma məktubun cavabı Hüseyn Abdullayevə göndərilib. Məktubda isə yazılıb ki, guya o, əfv üçün müraciət edib"- deyə H.Abdullayev qeyd edib.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Hüseyn Abdullayev 6 il müddətinə azadlıqdan məhrum edilib. Anası Zeynəb Abdullayeva isə 4 min manat cərimə edilib.
İttihama görə H.Abdullayev külli miqdarda məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqda, qanunsuz sahibkarlıqda suçlanır.
Həmçinin H.Abdullayev dəfələrlə Almaniyadan istifadəsində olan telefondan “Autist Uşaqların Reablitasiyasına Kömək” İctimai Birliyinin sədri Elnur Məmmədova zəng edərək onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib, tələblərinə əməl etməyəcəyi halda onları məhv edəcəyi ilə hədələyərək icarə müqaviləsi şərtlərinə görə hər ay ödəməli olduğu 3 min manat icarə haqqı əvəzinə onun nümayəndələrinə 6 min manat pul ödəməsini hədə-qorxu ilə tələb etməkdə günahlandırılıb.
Hüseyn Abdullayev özünü təqsirli bilmir.
18:05 / 27 Oktyabr 2026
25
18:05 / 27 Oktyabr 2026
30
18:02 / 27 Oktyabr 2026
29
18:00 / 27 Oktyabr 2026
45
17:50 / 27 Oktyabr 2026
51
17:33 / 27 Oktyabr 2026
627
17:29 / 27 Oktyabr 2026
72
17:27 / 27 Oktyabr 2026
107
17:19 / 27 Oktyabr 2026
89
17:16 / 27 Oktyabr 2026
76
17:13 / 27 Oktyabr 2026
80
17:02 / 27 Oktyabr 2026
125
16:56 / 27 Oktyabr 2026
78
16:51 / 27 Oktyabr 2026
87
16:49 / 27 Oktyabr 2026
143
16:39 / 27 Oktyabr 2026
180
16:25 / 27 Oktyabr 2026
454
16:12 / 27 Oktyabr 2026
154
16:09 / 27 Oktyabr 2026
110
16:06 / 27 Oktyabr 2026
120
16:04 / 27 Oktyabr 2026
71
15:57 / 27 Oktyabr 2026
460
15:43 / 27 Oktyabr 2026
717
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.