Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub
26 Oktyabr 2026, 22:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
635
16.04.2020, 00:03
Qoç - xoş gün deyil. Nə özünüzdən, nə ətrafınızdakılardan baş tapırsınız. Uğur şkalası aşağı enməkdədir. Mənfi emosiyalarınız sağlam düşüncəyə üstün gəlir. Sonradan əsəblərinizi cilovlamadığınız, həddən artıq sərt iradlar bildirdiyiniz, aqressiv davrandığınız üçün özünüzü qınayacaqsınız.
Buğa - işdə çətinliklər yaransa da, kefinizi pozmursunuz. Bu cür yanaşma təqdirəlayiqdir. Doğrudan da, şərait çıxılmaz deyil, əgər bir az çalışsanız, o, tezliklə yaxşılığa doğru dəyişəcək. Rəhbərlik və potensial partnyorlarla söhbətlərdə ehtiyatlı olun: sirləriniz əhəmiyyətsiz olsa belə, sonadək kartlarınızı açmayın.
Əkizlər - maraqlı tanışlıqlar mümkündür, ancaq bu gün rastınıza çıxan insanlar barədə düzgün nəticə çıxaracağınıza böyük şübhə var. Əlaqələrin başlanması və ya qırılması barədə qərarlar verməyə tələsməyin - hadisələrin inkişafına nəzər yetirin, necə hərəkət etmək lazım olduğu tezliklə aydınlaşacaq.
Xərçəng - əməkdaşlıqdansa, müstəqil işləməyə üstünlük verin. Şəxsi xarakterli istənilən məsələnin həlli zamanı bütün maraqlı tərəflərin rəyini nəzərə alın. Sizdən müəyyən qurbanlar tələb olunur, ancaq bunlar sizi təşvişə salacaq dərəcədə qorxulu və dəhşətli deyil.
Şir - mürəkkəb məsələlərə diqqət yetirin - onlar üzərində iş sizə maraqlı və faydalı olacaq. Yeni təcrübə qazanmaq, peşə təcrübənizi artırmaq imkanı yaranıb. Ətrafınızdakıların sizin barənizdə nə fikirləşdikləri, rəhbərliyin müvəffəqiyyətlərinizin fövqündə olub-olmadığı barədə yox, gördüyünüz işlərin xoş sonluğu barədə düşünün.
Qız - ciddi sarsıntı gözlənilmir. Çətinliklər yalnız axşam yarana bilər. Bu isə əsasən enerjinizin azalması ilə əlaqədardır. Diqqətinizi cəmləşdirə bilmir, tez-tez səhvlər edir, vacib məqamları nəzərdən qaçırırsınız. Mürəkkəb hesabatların, smeta və texniki sənədlərin tərtibi məsləhət bilinmir.
Tərəzi - yaxınlarınız sizi dəstəkləməyə, ideyalarınızın yerinə yetirilməsində kömək etməyə hazırdırlar. Bircə şeyin öhdəsindən gələ bilmirlər - bədbinliyiniz getdikcə artır.
Əqrəb - sevdiyinizlə aranızda xırda anlaşılmazlıq yarana bilər, çıxış yolunu tez tapacaqsınız. Maraqlı tanışlıqlar və romantik macəralar mümkündür. Axşam ziyafətə getmək olar.
Oxatan - Danışıqlar pis keçmir, ancaq nəzərə almaq lazımdır ki, əldə edilən razılaşmanı tam hesab etmək olmaz. Yeni iş ortağınız və ya rəhbərlik barədə isə dolğun və düzgün qənaətə gəlmək olar. Şəxsi həyatda güclü dəyişikliklər gözlənilmir. Burada daha çox sabitləşməyə, mövcud əlaqələrin möhkəmləndirilməsinə meyl var. Yeni tanışlıqlar xoşdur, amma çətin ki, ciddi davamı olsun.
Oğlaq - bu günün gətirdiyi problemlərin hamısının öhdəsindən gələcəksiniz. İşgüzar ünsiyyət, peşəkar perspektivlərin müzakirəsi, sövdələr bağlamaq üçün münasib gündür. İşlə bağlı vacib məlumat ala bilərsiniz. Yeni iş ortaqları ilə yeni əməkdaşlıq mümkündür.
Dolça - şərait dəyişəcək, həmçinin faydalı məlumat ala bilərsiniz. Nüfuzlu adamların dəstəyini qazanacaqsınız, bu, məqsədinizə doğru yolunuzu asanlaşdıracaq.
Balıqlar - səhər çağı hər bir işdə ehtiyatlı olun. Qətiyyətli hərəkətlərdən çəkinin, işgüzar və şəxsi həyatınızda köklü dəyişikliklər etməyə cəhd göstərməyin. Hesablardakı səhvlər maliyyə itkilərinə səbəb ola bilər.
22:02 / 26 Oktyabr 2026
1
21:58 / 26 Oktyabr 2026
12
21:53 / 26 Oktyabr 2026
16
21:44 / 26 Oktyabr 2026
34
21:32 / 26 Oktyabr 2026
34
21:30 / 26 Oktyabr 2026
37
21:05 / 26 Oktyabr 2026
608
21:02 / 26 Oktyabr 2026
66
20:56 / 26 Oktyabr 2026
68
20:30 / 26 Oktyabr 2026
73
20:26 / 26 Oktyabr 2026
75
20:17 / 26 Oktyabr 2026
73
20:07 / 26 Oktyabr 2026
92
19:57 / 26 Oktyabr 2026
65
19:43 / 26 Oktyabr 2026
90
19:17 / 26 Oktyabr 2026
76
19:00 / 26 Oktyabr 2026
78
18:47 / 26 Oktyabr 2026
90
18:36 / 26 Oktyabr 2026
107
18:20 / 26 Oktyabr 2026
87
18:10 / 26 Oktyabr 2026
86
17:45 / 26 Oktyabr 2026
189
17:01 / 26 Oktyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.