Qaynar xətt:

(+99450) 247 90 86

Bu televiziya bağlana bilər – RƏSMİ XƏBƏRDARLIQ EDİLDİ

Bu televiziya bağlana bilər – RƏSMİ XƏBƏRDARLIQ EDİLDİ

CƏMİYYƏT

564

15.04.2020, 19:31

Türkiyə Radio və Televiziya Ali Şurasının (RTAŞ) keçirdiyi son toplantıda məşhur jurnalist Fatih Portakalın aparıcısı olduğu “FOX Ana Haber” cəzalandırılıb.


Oxu24.com bildirir ki, təşkil olunan toplantıda “FOX Ana Haber”in 30 mart, 31 mart və 1 aprel tarixlərində yayım qaydalarını pozması müzakirə olunub. Yekun qərara əsasən, proqrama 3 dəfə yayımlanmamaq cəzası verilib.

FOX TV-nin eyni pozuntunu təkrarlayacağı təqdirdə lisenziyasının ləğvi barədə qərar verilə bilər.