Qaynar xətt:

(+99450) 247 90 86

Karantin qaydalarına zidd olan 47 min icazə ləğv edildi

2020/04/11/1586616395_ibrahim_memmedov_28385.jpg

CƏMİYYƏT

577

11.04.2020, 18:38

Karantin rejimi qaydalarına zidd olduğu üçün icazə-e-gov.az portalından ləğv edilən icazələrin sayı açıqlanıb.
 

"Oxu24com" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
 
O bildirib ki, icazə-e-gov.az portalına müraciət edilərək hərəkətinə icazə verilmiş 47 min nəfərin icazəsi artıq ləğv edilib.
 
Qeyd edək ki, aprelin 10-dan karantin rejimi qaydalarına zidd olan icazələrin portaldan avtomatik rejimdə ləğv edilməsinə başlanılıb.