Milli Məclis bu məsələlərə BAXACAQ -SİYAHI
27 Oktyabr 2026, 18:02
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
15022
31.03.2020, 17:08
“Vaxt itirmədən bu həftədən başlayaraq ödəmələr həyata keçirilsin”.
Oxu24.com xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.
Prezidentin sözlərinə görə, o, bundan əvvəl də bütün Azərbaycan sahibkarlarına müraciət edərək çağırış edib ki, onlar işçiləri ixtisar etməsinlər:
“Bu xahiş və ya tələb qüvvədədir. Onu da bildirməliyəm ki, Azərbaycan sahibkarları bu vəziyyətdə öz vətəndaşlıq borcunu hesab edirəm ki, şərəflə yerinə yetirirlər. Mənim sərəncamımla yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna bu günə qədər 100 milyondan çox vəsait daxil edilib. Bunun cəmi 20 milyonu Prezidentin Ehtiyat Fondundan köçürülüb.
Bu, onu göstərir ki, vəsaitin böyük hissəsi sahibkarlar tərəfindən verilmiş ianələrdir. Bu məsələ ilə bağlı sahibkarlar həmrəylik göstərirlər. Əminəm ki, işçilərin ixtisar edilməməsi çağırışı nəzərə alınacaq. Eyni zamanda aydındır ki, bir çox sahələr 40 mindən çox sahibkarlıq subyekti demək olar ki fəaliyyət göstərmir. Yaxud da ki, məhdud çərçivədə fəaliyyət göstərir. Dövlət onlara köməklik göstərməlidir. Ona görə göstəriş verilib ki, sahibkarlıq subyektlərində muzdla işləyən insanların sosial təminatı nəzərə alınsın. Eyni zamanda, fərdi sahibkarların fəaliyyəti nəzərə alınsın. Bu göstərişlər İqtisadiyyat Nazirliyinə verilib. Vaxt itirmədən bu həftədən başlayaraq ödəmələr həyata keçirilsin”.
18:05 / 27 Oktyabr 2026
25
18:05 / 27 Oktyabr 2026
30
18:02 / 27 Oktyabr 2026
29
18:00 / 27 Oktyabr 2026
45
17:50 / 27 Oktyabr 2026
51
17:33 / 27 Oktyabr 2026
627
17:29 / 27 Oktyabr 2026
72
17:27 / 27 Oktyabr 2026
107
17:19 / 27 Oktyabr 2026
89
17:16 / 27 Oktyabr 2026
76
17:13 / 27 Oktyabr 2026
80
17:02 / 27 Oktyabr 2026
125
16:56 / 27 Oktyabr 2026
78
16:51 / 27 Oktyabr 2026
87
16:49 / 27 Oktyabr 2026
143
16:39 / 27 Oktyabr 2026
180
16:25 / 27 Oktyabr 2026
454
16:12 / 27 Oktyabr 2026
154
16:09 / 27 Oktyabr 2026
110
16:06 / 27 Oktyabr 2026
120
16:04 / 27 Oktyabr 2026
71
15:57 / 27 Oktyabr 2026
460
15:43 / 27 Oktyabr 2026
717
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.