44 yaşlı qadın borca görə öldürülüb, qohumu tutulub
27 Oktyabr 2026, 17:16
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
818
09.03.2020, 20:24
Bakıda baş vermiş piyadavurma hadisəsi kameraya düşüb.
Oxu24.com avtosfer.az-a istinadən xəbər verir ki, hadisə Statistika dairəsi kimi tanınan ərazidə baş verib. Yolu təyin olunmamış yerdən keçmək istəyən piyada sürücünü çaşdırıb və nəticədə qəza baş verib.
Nəqliyyat eksperti Elməddin Muradlı hesab edir ki, piyadaların sürücüləri çaşdırması nəticəsində baş verən qəzalar az deyil. "Qəfildən yola qaçmaq, avtomobili görüb istiqamətini dəyişmək kimi hərəkətlər piyadavurma hadisələri sırasında çoxluq təşkil edir. Ən yaxşısı yerində qalmaqdır. Ən azından sürücüyə düşünmək üçün vaxt vermiş olursunuz".
E.Muradlı bildirib ki, sürücülərin bu cür vəziyyətlərdə qərar qəbul etməsi çətinləşir. "Görürsən ki, piyada yolun ortasına doğru qaçır. Bu zaman sürücü maşını sağa çəkir. Amma elə bu addımı atan kimi piyada fikrini dəyişərək geriyə qaçır. Nəticədə də qəza qaçılmaz olur".
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, qəza hadisəsi bir müddət əvvəl baş versə də izləyicilər üçün ibrət ola bilər. "Ümumiyyətlə, piyadalar və sürücülərin yollarda diqqətli olması vacib şərtdir. Bəzən kimsə düşünə bilər ki, beş saniyədən heç nə olmaz. Amma bilmək lazımdır ki, elə qəzanın, piyadavurmanın vaxtı 5 saniyədən çox deyil".
Vaqif Əsədov bir daha piyadaları və sürücüləri qaydalara əməl etməyə çağırıb. "Piyadalar təyin olunmamış yerdən yolu keçməsinlər. Eyni zamanda sürücünün ona yol verdiyinə əmin olsunlar. Həmçinin sürücülər də piyada keçidlərində, sağa və ya sola dönən zaman sürətə nəzarət etsinlər. Piyadalara yol versinlər. Ümud edirik ki, bu cür videolara baxandan sonra bir piyadanın həyatını xilas edə, bir sürücünü həbsdən qurtara bilərik".
18:05 / 27 Oktyabr 2026
25
18:05 / 27 Oktyabr 2026
30
18:02 / 27 Oktyabr 2026
29
18:00 / 27 Oktyabr 2026
45
17:50 / 27 Oktyabr 2026
51
17:33 / 27 Oktyabr 2026
627
17:29 / 27 Oktyabr 2026
72
17:27 / 27 Oktyabr 2026
107
17:19 / 27 Oktyabr 2026
89
17:16 / 27 Oktyabr 2026
76
17:13 / 27 Oktyabr 2026
80
17:02 / 27 Oktyabr 2026
125
16:56 / 27 Oktyabr 2026
78
16:51 / 27 Oktyabr 2026
87
16:49 / 27 Oktyabr 2026
143
16:39 / 27 Oktyabr 2026
180
16:25 / 27 Oktyabr 2026
454
16:12 / 27 Oktyabr 2026
154
16:09 / 27 Oktyabr 2026
110
16:06 / 27 Oktyabr 2026
120
16:04 / 27 Oktyabr 2026
71
15:57 / 27 Oktyabr 2026
460
15:43 / 27 Oktyabr 2026
717
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.