Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2599
az

İdman zalına gedənlərin nəzərinə!Keçici xəstəliklər var -

15:4404 İyun, 2018
2797
CƏMİYYƏT
  • A
Yay mövsümü gəldiyindən idman zallarına gedənlərin sayı da çoxalır. Bəs, idman zalını seçərkən hansı hallar nəzərə alınmalıdır?

Mövzu ilə bağlı oxu24.com-un suallarını cavablandıran ekspert Elmar Nurəliyev bildirib ki,idman  zallarında təhlükəsizlik qaydalarına, sanitar gigiyena qaydalarına , davranış və nizam-intizam qaydalarına əməl etməkdə məsuliyyət həm idmançıya həm də idman zalındakı  məşqçinin ( idman zalını çalışdıran şəxsin ) üzərinə düşür.

"İdman zallarında təhlükəsizlik qaydalarına riayət etmək lazımdır ki, travma almayasınız.  İdman zalına gələn şəxslər ilk növbədə özünüzlə aparacağınız idman çantasında olan ləvazimatlara diqqət etməlidir. Çantada zalda geyinəcək idman ayaqqabısı , duş qəbulu zamanı hamam ayaqqabısı , təmiz dəsmalın olması vacibdir. Çöldə geyinən ayaqqabı ilə zalda gəzmək , zalda geyinən ayaqqabı ilə duşa girmək gigiyena qaydalarını pozmaqdır və yolverilməzdir. Yaxşı olarki  tək getməyəsən yanında tərəfdaşın olsun. Bu həm motivasiya üçün həmdə təhlükəsizlik baxımından özünü sığortalamağa kömək edir. İdman zalına gedən şəxslərin şəxsi gigiyena qaydalarına riayyət  etmələri vacibdir. Əgər səhətində hər hansı bir xəstəliyi ( buna həm fiziki durumu , həm hər hansı infeksion xəstəlikdə ola bilər ) varsa zala getməməyi məsləhətdir. Zalda özünüzün və digərləinin fikrini yayındıracaq hərəkətlərə yol verməmək , işlətdiyiniz invertarları yerinə qoymaq lazımdır. Bu təhlükəsizlik baxımından önəmlidir.Zalda təhlükəsizliyin , nizam-intizamın , sanitar gigiyenanın qaydasında olmasında ən mox maraqlı olan şəxdə məşqçidir. Çünki günün çoxunu orda keçirir. Nəzərə alsaq ki hər gün zala onlarla adam gəlir və hər gündə eyni invertarlardan istifadə edilir demək bu invertarlar gigiyenik cəhətdən təmiz olmalıdır. Ona görə yaxşı olar ki idmana başlayan şəxs qabaqcadan həkim müayinəsindən keçsin , sağlıq durumunun , ürəyinin ,qan təzyiqinin və dəri infeksion , keçici xəstəliklərin olub-olmamasını yoxlatsın və her şey qaydasındadırsa  daha sonra məşqlərə başlasın. Əks halda birdən bədəni gücə salmaq ağır travmalara səbəb ola bilər.Qalır zalda bu qaydalara riayyət olunmasını təşkil etməklə , nəmişliyin , rütubətin olmamasını , davranış qaydalarına , zalın tempraturunun fəsillərə uyğun tənzimlənməsini ,istifadəsi zərərli olmayan  idman qidalarının idmançılar tərəfindən istifadə edilməsini təmin etməklə idman zalında idmançıların təhlükəsiz məşq etmələrini təmin etmək olar."

Aynur Kazımlı
oxu24.com
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ən dadlı resept - İslaq limonlu keks
Bədən üçün xəzinədir: Mütəxəssislərin israrla tövsiyə etdiyi dünyanın ən sağlam qidası
Ən dəqiq namaz vaxtları

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Cinayətdə şübhəli bilinən 45     nəfər     saxlanıldı