Qaynar xətt:

(+99450) 247 90 86

Oqtay Şirəliyevin qızı yeni vəzifəyə təyin olundu

Oqtay Şirəliyevin qızı yeni vəzifəyə təyin olundu

CƏMİYYƏT

827

04.03.2020, 23:37

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyevin qızı Nərmin Şirəliyeva Moskva vilayətinin Mədəniyyət naziri vəzifəsindən azad olunub. 

Unikal.org-un məlumatına görə, Nərmin Şirəliyeva yenidən Moskva vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri postuna təyin edilib. 

Moskva vilayətinin Mədəniyyət naziri vəzifəsinə isə Xarlamova Elena Mixayılovna təyinat alıb. 

Qeyd edək ki, o, 2013-cü ilin fevralından Moskva vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri postunu tutub. 2018-ci ilin sentyabrında Moskva vilayətinin Mədəniyyət naziri təyin edilib.