Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
25745
az

Dövlət rüsumu kimi şagirdlərin qarşısına məbləğ qoyulur - Məktəblərin 8 mart DƏRDİ! - VİDEO

18:4704 Mart, 2020
507
CƏMİYYƏT
  • A

Son günlər 8 martla bağlı şagirdlərdən pul yığılması iddiaları çoxalıb. Hətta bu prosesin məktəblərin bağlanmasından öncə başladığı və hələ də davam etdiyi bildirilir.

Oxu24.com bildirir ki, ARB TV-nin "Günə Doğru" proqramında yayılan səsyazı ilə bağlı maraqlı süjet yayımlanıb.

İddiaların doğruluğunu yoxlamaq üçün valideynlər arasında sorğu keçirdik.

Valideyn: "Müəlliməni adi dillə təbrik edəcəyik".

Valideyn: "İndiyə qədər pul yığmaq məsələsi olmayıb. Müəlliməni üz-gözündən öpüb təbrik edəcəyik".

Qəribədir ki, valideynlər məktəbdə pul yığılmadığını desələr də, uşaqlar bunun əksini iddia edirlər.

Şagird: "Mən 3-cü sinifdə oxuyuram. Müəllimlərə hədiyyə almaq üçün 5 manatdan pul yığırıq, amma mən gül vermək istəyirəm".

Şagird: "5-ci sinifdə oxuyuram. Müəllimə hədiyyə almaq üçün 40 manat pul yığmışıq".

Ekspert Kamran Əsədov məktəblərdə bəzən belə hallara rast gəlindiyini, lakin valideynlərin çox vaxt övladlarına problem yaratmamaq üçün bunu gizlətdiyini bildirir.

Kamran Əsədov - Təhsil eksperti: "Hətta bir çox məktəblərdə konkret rəqəmlər belə qoyulur. Daha çox paytaxtın mərkəzində yerləşən məktəblərdə 70 -100 manat arası dəyişirsə, bir az paytaxtdan kənar məktəblərdə bu, 50 manata qədər, yəni minimum dövlət rüsumu kimi şagirdlər qarşısında  məbləğ qoyulur".

Təhsil Nazirliyi bu cür halların qarşısını almaq məqsədilə 146 qaynar xəttini yaradıb. Lakin qaynar xətt anonim şikayətəeri qəbul etmir. Eskpertlər düşünür ki, bu halların qarşısının alınması üçün qaynar xəttə bunula bağlı zəng vuran valideynlərin anonimliyi qorunmalıdır.

Kamran Əsədov - Ekspert: "Çünki biz bilirik ki, hər hansı bir məktəbdə, hər hansı müəllimlə bağlı biz şikayət etsək, həmin məktəbin rəhbərliyi maksimum halda müəllimə töhmət verəcək, bu da 6 ay qüvvədə olan bir sənəddir. Əvəzində isə şagird təhsil aldığı bütün müddətdə 5 il 6 il, hətta 11 il həmin müəllim tərəfindən qınanacaq və təzyiqlərə məruz qalacaq".

Mövzu ilə bağlı Təhsil Nazirliyindən bildirildi ki, korinavirus təhlükəsinə görə məktəblər bağlandığından bu məsələ aktual deyil. Bununla belə, nazirliyin mövqeyini yenidən səsləndirməyə hazırıq.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Milli Məclisin deputatları Ceyhun Bayramova müraciət etdilər
Nar niyə “təbii aptek” sayılır?
Bu ölkə çətin durumda: Gənclər arasında işsizlik rekord həddə çatıb

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı