Qaynar xətt:

(+99450) 247 90 86

Tovuzda “ASAN Həyat” kompleksi istifadəyə verilib

Tovuzda “ASAN Həyat” kompleksi istifadəyə verilib

CƏMİYYƏT

573

04.03.2020, 14:43

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında iştirak edib.

Oxu24.com  xəbər verir ki, dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev kompleks barədə dövlətimizin başçısına məlumat veriblər.

Prezident İlham Əliyev kompleksdə təqdim edilən innovativ yeniliklərlə tanış olub.

Sonra dövlətimizin başçısı ASAN könüllüləri ilə görüşüb.

Prezident İlham Əliyev görüşdə çıxış edib.

Sonda xatirə şəkli çəkdirilib.