Günəşdə güclü partlayış oldu
04 Fevral 2026, 01:36
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
635
01.03.2020, 20:14
Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.
"Oxu24.com" Nazirlər Kabineti yanında operativ qərargaha istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar müvafiq xəstəxanalar ayrılıb və karantin zonaları yaradılıb.
İran İslam Respublikası ilə sərhəddə profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə səyyar çadırlar qurulub. Əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə 29 fevral saat 16.00-dan etibarən İranla sərhədin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlanması barədə qərar qəbul olunub.
Koronavirusun aşkar olunduğu ölkələrdən gələn şəxslərin müayinəsi ilə bağlı zəruri tədbirlər həyata keçirilir. İxtisaslaşmış xəstəxanalar və laboratoriyalar xəstəliyin müayinəsi və müalicəsi üçün müvafiq avadanlıqlarla və dərman preparatları ilə təmin edilir. Peşəkar həkimlər bölgələrdə bu məqsədlə ayrılmış xəstəxanalara ezam olunublar.
Həmçinin oxuyun
İnfeksiyaya yoluxmuş şəxslərin müalicəsi, onların mümkün kontaktlarının müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.
Koronavirusun yayılmasının qarşısının alınması və müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə intensiv iş aparılır, verilən bütün tövsiyələrin yerinə yetirilməsi üçün ciddi səylər göstərilir.
Bundan başqa, Çin, Almaniya və digər ölkələrlə aparılan danışıqlar nəticəsində lazımi avadanlıqların, preparatlarının, mütəxəssislərin Azərbaycana gətirilməsi üçün müvafiq razılaşma əldə olunub.
Koronavirusun Azərbaycanda yayılmaması üçün bütün lazımi tədbirlər həyata keçirilir, sanitar-epodemoloji vəziyyət ciddi nəzarət altında saxlanılır.
01:36 / 04 Fevral 2026
34
01:25 / 04 Fevral 2026
33
00:55 / 04 Fevral 2026
37
00:41 / 04 Fevral 2026
46
00:26 / 04 Fevral 2026
58
00:01 / 04 Fevral 2026
61
23:40 / 03 Fevral 2026
378
23:35 / 03 Fevral 2026
71
23:35 / 03 Fevral 2026
53
23:32 / 03 Fevral 2026
52
23:28 / 03 Fevral 2026
177
23:22 / 03 Fevral 2026
51
23:16 / 03 Fevral 2026
68
23:12 / 03 Fevral 2026
57
23:06 / 03 Fevral 2026
46
22:54 / 03 Fevral 2026
64
22:46 / 03 Fevral 2026
107
22:41 / 03 Fevral 2026
59
22:36 / 03 Fevral 2026
59
22:32 / 03 Fevral 2026
104
22:29 / 03 Fevral 2026
82
22:19 / 03 Fevral 2026
71
22:09 / 03 Fevral 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.