Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
20 Noyabr 2026, 16:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
843
01.03.2020, 19:26
Birgə yatmaq cütlüklərin ən təbii vərdişi sayılır. Lakin tarixə nəzər salsaq, görərik ki, qədimdə belə bir adət olmayıb.
Hələ Viktorian dövründə ailəli cütlüklər ayrıca yataq otaqlarında yatıblar. Bu hal kəndlilərin evində də eynilə təkrarlanıb. Asiyada isə hələ də otaqlar kişi və qadın hissəsi olmaqla iki yerə bölünür.
Oxu24.com Publika.az-a istinadla xəbər verir ki, qədim Romada evin lojası eşq oyunları üçün nəzərdə tutulmuşdu. Buna baxmayaraq, ər və arvad müxtəlif otaqlarda yatırdılar.
Hazırda isə evlərin ölçülərinin kiçik olması iki yataq otağı qurmağa mane olur. Bundan əlavə, cütlüyün fərqli otaqlarda yatması doğru hal sayılmır.
2009-cu ildə təşkil olunmuş elmi forumda professor Nil Stenli bildirmişdi ki, ailəli cütlüklrin bir yataqda yatması sivilizasiya üçün təhlükədir. İnsanların bir yataqda yatması üçün cinsi əlaqədən başqa səbəb olmamalıdır. Bundan başqa birgə çarpayıda yatmaq arzuolunmaz patologiyadır. Stenli özü də etiraf etmişdi ki, uzun müddətdir xanımı ilə fərqli otaqlarda yatır. Alimin fikrincə, yuxu eqoistik mşğuliyyətdir və onu kimsəylə bölüşmək olmaz. Sevdiyiniz insanın qayğısına qalmaq üçün onu xorultunuzdan və yuxuda atdığınız təpiklərdən xilas edin.
“Yataqda iki nəfər” kitabının müəllifi Pol Rozenblata görə isə, bir yataqda yatan cütlüklərin əsas məşğuliyyəti gün ərzində duyduqları gərginliyi bir-birinə ötürmək, mübahisə etməkdir. Kimsə adyalı öz üzərinə çəkir, qarşı tərəfin mobil telefonunun səsi mane olur. Odur ki, cütlüklər ayrıca otaqlarda yatmağa adət etməlidirlər. Mütəxəssislərin araşdırmasından sonra bəlli olub ki, qarşı tərəfin törətdiyi narahatlıq insanın yuxu zamanının minimum 1 saatını alır. Bu isə gümrah gün keçirmək naminə yolverilməzdir.
16:21 / 20 Noyabr 2026
1
16:20 / 20 Noyabr 2026
10
16:05 / 20 Noyabr 2026
35
15:58 / 20 Noyabr 2026
51
15:55 / 20 Noyabr 2026
54
15:48 / 20 Noyabr 2026
61
15:35 / 20 Noyabr 2026
64
15:25 / 20 Noyabr 2026
70
15:23 / 20 Noyabr 2026
75
15:19 / 20 Noyabr 2026
108
15:15 / 20 Noyabr 2026
87
15:07 / 20 Noyabr 2026
83
15:00 / 20 Noyabr 2026
108
14:54 / 20 Noyabr 2026
84
14:40 / 20 Noyabr 2026
924
14:34 / 20 Noyabr 2026
115
14:25 / 20 Noyabr 2026
108
14:10 / 20 Noyabr 2026
117
14:06 / 20 Noyabr 2026
125
14:05 / 20 Noyabr 2026
195
14:00 / 20 Noyabr 2026
104
13:59 / 20 Noyabr 2026
106
13:54 / 20 Noyabr 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.