Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda 60 kənd işıqsız, 7-si isə qazsız qaldı

Azərbaycanda 60 kənd işıqsız, 7-si isə qazsız qaldı

CƏMİYYƏT

1575

27.05.2018, 13:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\" Ötən gecədən başlayaraq səhərədək İsmayıllı rayonunda güclü küləklə müşahidə edilən leysan yağışı yağıb.  
Oxu24.com-un APA-ya istinadən xəbərinə görə , yağışdan sonra əmələ gələn sel suları və külək təsərrüfatın ayrı-ayrı sahələrinə ziyan vurub.   Təbii fəlakət zamanı İsmayıllı şəhərində və kəndlərdə sosial obyektlərin dam örtüyü qopub, meyvə ağacları, elektrik dirəkləri aşıb, meyvə-tərəvəz və taxıl tələf olub. Rayonda elektrik naqilləri qırılıb, əhaliyə elektrik enerjisinin verilişi dayanıb. Küləyin təsiri nəticəsində dam örtüyü dağılan evlər və içəridəki əşyalar yağış suyunun altında qalıb.  Ümumilikdə rayonun 60 kəndinə elektrik enerjisinin verilişi dayanıb. Həmçinin, 7 kəndi təbii qazla təmin edən magistral qaz borusunun Ax-Ox çayı üzərindən keçən hissəsi selin təsiri nəticəsində qırılıb, əhalinin qaz təchizatı dayanıb. Hal-hazırda rayonda güclü yağış yağdığı üçün qaz xəttini bərpa etmək mümkün olmur.
  Bundan əlavə, ötən gecə çobanlar iri və xırdabuynuzlu heyvanları Girdiman çayından keçirərkən qəflətən gələn güclü sel nəticəsində heyvanların bir qismi tələf olub. Dörd çoban, “QAZ-66” markalı minik maşını və 600-ə yaxın qoyun və inək çayın ortasındakı boş torpaq sahəsində köməksiz vəziyyətdə qalıb. Gecə saatlarında İsmayıllı rayon fövqəladə hallar komissiyası və rayon polis şöbəsinin əməkdaşları tərəfindən həmin ərazi nəzarətə götürülüb. Əraziyə texnika və canlı qüvvə cəlb edilib, hazırda insanların və mal-qaranın xilas edilməsi ilə bağlı işlər aparılır. Təbii fəlakət zamanı rayona dəyən ziyanın miqdarı hələlik dəqiq bilinmir. Araşdırma aparılır.        
DİM: Universitetlərə ödənişli əsaslarla qəbul olan 1870 tələbə dövlət hesabına təhsil alacaq 

16:15 / 06 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

DİM: Universitetlərə ödənişli əsaslarla qəbul olan 1870 tələbə dövlət hesabına təhsil alacaq 

75

0
Kəmaləddin Heydərov onu vəzifədən AZAD ETDİ

16:09 / 06 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Kəmaləddin Heydərov onu vəzifədən AZAD ETDİ

882

0
Prezident: Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətlərinə iqlimlə bağlı 10 milyon dollar yardım göstərir 

16:07 / 06 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Prezident: Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətlərinə iqlimlə bağlı 10 milyon dollar yardım göstərir 

69

0
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb 

15:57 / 06 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb 

66

0
Əzab vermə ilə adi döyülmənin fərqi nədir? – Hüquqda “üç dəfə” meyarı  

15:50 / 06 Oktyabr 2026

HÜQUQ HÜQUQ

Əzab vermə ilə adi döyülmənin fərqi nədir? – Hüquqda “üç dəfə” meyarı  

73

0
Dərman alanlara xəbərdarlıq: Apteklərdə yeni vəziyyət necə olacaq? 

15:44 / 06 Oktyabr 2026

TİBB TİBB

Dərman alanlara xəbərdarlıq: Apteklərdə yeni vəziyyət necə olacaq? 

88

0
Rüşvət haqda məlumatları hansı orqana təqdim etməliyik? 

15:39 / 06 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Rüşvət haqda məlumatları hansı orqana təqdim etməliyik? 

81

0
Politoloqdan “3+3” formatı və İranın mövqeyi ilə bağlı VACİB AÇIQLAMA: “Azərbaycan olmadan...”  

15:20 / 06 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Politoloqdan “3+3” formatı və İranın mövqeyi ilə bağlı VACİB AÇIQLAMA: “Azərbaycan olmadan...”  

161

0
Ramiz Mehdiyevlə bağlı gizlədilən sirr – Hamı bunu gözləyir 

15:19 / 06 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ramiz Mehdiyevlə bağlı gizlədilən sirr – Hamı bunu gözləyir 

181

0
Həmin məlumatı verənləri pul mükafatı gözləyir 

15:16 / 06 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Həmin məlumatı verənləri pul mükafatı gözləyir 

276

0
Türkiyə bu ölkəyə ordu yeridir: Savaşa girəcək 

15:05 / 06 Oktyabr 2026

DÜNYA DÜNYA

Türkiyə bu ölkəyə ordu yeridir: Savaşa girəcək 

86

0
Türk əsgərləri 3000 kvadrat metrlik yüksəklikdə  Türkiyə bayrağını açdılar

15:00 / 06 Oktyabr 2026

DÜNYA DÜNYA

Türk əsgərləri 3000 kvadrat metrlik yüksəklikdə  Türkiyə bayrağını açdılar

84

0