Qaynar xətt:

(+99450) 247 90 86

“Ağır şərtlər altında yoxdan dövlət quruldu” – Şahin Məmmədov

“Ağır şərtlər altında yoxdan dövlət quruldu” – Şahin Məmmədov

CƏMİYYƏT

1572

26.05.2018, 13:56

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\" “Prezident İlham Əliyevin Cümhuriyyət tarixi ilə  bağlı səslədirdiyi fikirlər hər birimiz üçün örnəkdir”.
«Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tariximizin ən şanlı və parlaq səhifələrindən biridir. Cümhuriyyətin yaradılması mürəkkəb tarixi proseslərin cərəyan etdiyi dövrə təsadüf edir. I Dünya müharibəsindən sonra yaranmış ziddiyətli siyasi şəraitdə Azərbaycanın maarifpərvər, ziyalı və ləyaqətli övladları xalqın xəyallarında yaşayan və hər bir soyadımızın müqəddəs arzusuna çevrilmiş müstəqillik səadətini gerçəyə çevirdilər». Bunu Ümumrusiya Azərbaycanlıları Konqresinin Vladiqafkaz regional bölməsinin fəxri prezidenti, Şimali Osetiya – Alaniya Respublikasının İnsan Haqları üzrə müvəkkilinin köməkçisi Şahin Məmmədov Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı fikirlərini açıqlayarkən deyib.
28 May-ın böyük tarix olduğunu və  hər bir azərbaycanlının bu tarixlə qürur duyduğunu deyən Ş.Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı dövrün çətinliklərindən söz açıb:  “Bu gün biz fəxarət hissi ilə deyə bilirik ki, müsəlman şərqində ilk demokratik Respublikanı məhz bizim babalarımız olan böyük kişilər yaradıb. Azərbaycan müxtəlif dövrlərdə məcburən imperiyalar tərkibinə daxil edilsə də, xalqın qəlbindəki azadlıq istəyi, insanlarımızın istiqlaliyyət uğrunda gizli və aşkar mübarizə aparması məhz 1918-ci il may ayının 28-də nəticə verdi. Dövrün nəhəng azərbaycanlıları milli kimliyimizin formalaşdırılması, dövlətçilik ənənələrinin qorunması, Azərbaycanın müstəqil dövlət kimi tanınması istiqamətində müstəsna xidmətlər göstərib, sözün hər mənasında tarix yazmağa müvəffəq oldular. Biz bu tarixi yazmış şərəfli insanların ruhu qarşısında baş əyirik!” Ş.Məmmədov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti tarixin ən çətin dövründə üzərinə olduqca ağır bir missiya götürüb: “Qlobal müstəvidə müşahidə olunan gərginlik, yeni dünya düzəninin formalaşdırılması xüsusunda böyük güclərin nüfuz savaşı, erməni-daşnaq qüvvələrinin dağıdıcı fəaliyyəti, dövlət idarəçiliyi sahəsindəki təcrübəsizlik, maliyyə çatışmazlığı fonunda ağır sosial-iqtisadi vəziyyət və sairə bu kimi problemlər müəyyən edilmiş hədəflərə doğru addımlar atılmasında çətinliklər yaradırdı. Buna baxmayaraq Cümhuriyyət Hökuməti qısa müddət ərzində Ordu quruculuğu, beynəlxalq əlaqələr, təhsil və səhiyyə sahəsində çox ciddi addımlar atdı və bu istiqamətlər üzrə baza prinsiplərinin yaradılmasına müvəffəq oldu. Bir-birinin ardınca yeni-yeni məktəblər, tibb müəssisələri, teatrlar və kitabxanalar açıldı. Azərbaycan dili rəsmi dövlət dili elan olundu. İndi biz 100 ildən sonra həmin dövrün özəlliklərini və o vaxtkı ictimai-siyasi şəraiti təhlil edərkən görürük ki, Cümhuriyyəti quranlar nə qədər ağır şərtlər altında çalışıb və bütün bu sadaladığım işlərin həyata keçirilməsi üçün nə qədər böyük qətiyyət göstəriblər. Odur ki, biz  Cümhuriyyət qurucularının xidmətini olduqca yüksək qiymətləndiririk. Onlar ağır şərtlər altında yoxdan dövlət qurublar”. Azərbaycan Xalq Cümhuriyyətinin xalqın azadlıq ruhunun yüksəlməsində oynadığı roldan və AXC-nin süqutundan sonrakı mərhələlərdə də bu ruhun ölməməsindən danışan diaspor rəhbəri vurğulayıb ki, bolşevik işğalı illərində, kommunist rejiminin hökmranlıq etdiyi dövrlərdə də xalq azadlıq arzularını dəfn etməyib: “Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud olsa da bu müddət ərzində elə bir təməllər qoydu ki, Azərbaycan xalqını istiqlaliyyət duyğularından mərhum etmək mümkün olmadı .Xalq  üç rəngli bayrağı yenidən başı üzərinə qaldıracağına ümidini qoruyub saxladı və həmin günü addım-addım yaxınlaşdırdı. Nəhayət 70 ildən sonra Azərbaycan bayrağı ulu öndərimiz Heydər Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikasının bayrağı kimi MR-nin Ali Məclisinin binası üzərində dalğalandı. Bu, Heydər Əliyevin müstəqilliyimiz bərpası istiqamətində atdığı böyük addım və vətən təəssübkeşliyinin təzahürü idi. Növbəti mərhələdə isə Cümhuriyyət qurucularının bizə əmanəti olan üç rəngli bayraq Müstəqil Azərbaycan Dövlətinin bayrağı oldu”. Ş.Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlətçilik tariximizə münasibəti barədə də fikirlərini açıqlayıb: “Fürsətdən istifadə edib cənab Prezident İlham Əliyevin dövlətçilik tariximizin araşdırılması və gələcək nəsillərə ötürülməsi istiqamətində gördüyü işləri də qeyd etmək istərdim. Onun 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi hər bir azərbaycanlının ürəyincə oldu. Biz müxtəlif ölkələrdə yaşayan, lakin qəlbi hər zaman vətənlə döyünən diaspor nümayəndələri də Prezident İlham Əliyevin bu addımını yüksək qiymətləndirdik. Onun Cümhuriyyət tarixi ilə  bağlı səsləndirdiyi  fikirlər hər birimiz üçün örnəkdir.  Doğrudan da onun dediyi kimi, Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, onları öz praktiki fəaliyyətində təmin edib. Sevinirik ki, bu gün vətənimiz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqdir və bu ənənələri daha da inkişaf etdirərək müstəqilliyi möhkəm dayaqlara malik sürətli inkişaf yolunda olan ölkəyə çevrilib”.
Prezident: Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətlərinə iqlimlə bağlı 10 milyon dollar yardım göstərir 

16:07 / 06 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Prezident: Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətlərinə iqlimlə bağlı 10 milyon dollar yardım göstərir 

64

0
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb 

15:57 / 06 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb 

64

0
Əzab vermə ilə adi döyülmənin fərqi nədir? – Hüquqda “üç dəfə” meyarı  

15:50 / 06 Oktyabr 2026

HÜQUQ HÜQUQ

Əzab vermə ilə adi döyülmənin fərqi nədir? – Hüquqda “üç dəfə” meyarı  

71

0
Dərman alanlara xəbərdarlıq: Apteklərdə yeni vəziyyət necə olacaq? 

15:44 / 06 Oktyabr 2026

TİBB TİBB

Dərman alanlara xəbərdarlıq: Apteklərdə yeni vəziyyət necə olacaq? 

86

0
Rüşvət haqda məlumatları hansı orqana təqdim etməliyik? 

15:39 / 06 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Rüşvət haqda məlumatları hansı orqana təqdim etməliyik? 

77

0
Politoloqdan “3+3” formatı və İranın mövqeyi ilə bağlı VACİB AÇIQLAMA: “Azərbaycan olmadan...”  

15:20 / 06 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Politoloqdan “3+3” formatı və İranın mövqeyi ilə bağlı VACİB AÇIQLAMA: “Azərbaycan olmadan...”  

157

0
Ramiz Mehdiyevlə bağlı gizlədilən sirr – Hamı bunu gözləyir 

15:19 / 06 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ramiz Mehdiyevlə bağlı gizlədilən sirr – Hamı bunu gözləyir 

168

0
Həmin məlumatı verənləri pul mükafatı gözləyir 

15:16 / 06 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Həmin məlumatı verənləri pul mükafatı gözləyir 

248

0
Türkiyə bu ölkəyə ordu yeridir: Savaşa girəcək 

15:05 / 06 Oktyabr 2026

DÜNYA DÜNYA

Türkiyə bu ölkəyə ordu yeridir: Savaşa girəcək 

82

0
Türk əsgərləri 3000 kvadrat metrlik yüksəklikdə  Türkiyə bayrağını açdılar

15:00 / 06 Oktyabr 2026

DÜNYA DÜNYA

Türk əsgərləri 3000 kvadrat metrlik yüksəklikdə  Türkiyə bayrağını açdılar

81

0
Azərbaycanda ötən ay 110 aptekdə yoxlama aparılıb, 26-da nöqsan aşkarlanıb 

14:34 / 06 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycanda ötən ay 110 aptekdə yoxlama aparılıb, 26-da nöqsan aşkarlanıb 

80

0
İran metrosunda şəkli vurulan ermənilər KİMLƏRDİR?

14:24 / 06 Oktyabr 2026

DÜNYA DÜNYA

İran metrosunda şəkli vurulan ermənilər KİMLƏRDİR?

152

0