Müdafiə Nazirliyi açıqlama yaydı: Təşvişə düşməyin!
13 Aprel 2026, 09:36
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3243
05.01.2020, 18:04
Azərbaycanda dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri zamanı iki seçki məntəqəsində səsvermənin nəticələri ləğv olunub.
Oxu24.com xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qərar qəbul edilib.
İclasda bildirilib ki, səsvermə günü sözügedən məntəqələrdə lentə alındığı iddia olunaraq sosial şəbəkələrdə paylaşılan görüntülər araşdırılıb.Belə ki, 30 saylı Suraxanı Birinci Dairə Seçki Komissiyasının 24 saylı seçki məntəqəsinin və 31 saylı Suraxanı Birinci Dairə Seçki Komissiyasının 30 saylı seçki məntəqələrində seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən bəzi qanun pozuntuları ilə bağlı müraciət dinlənilib.
MSK nəzdində Ekspert qrupunun üzvü şikayəti araşdırıb və müraciətdə qeyd olunanlar öz təsdiqini qismən tapıb.Eyni zamanda 30 saylı Suraxanı Birinci Dairə Seçki Komissiyasının 24 saylı seçki məntəqəsinin və 31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasının 30 saylı seçki məntəqəsinin nəticələrinin ləğv olunması ilə bağlı qərar qəbul edilib.
Qeyd edək ki, 31 saylı dairədən namizəd tanınmış bloqqer Mehman Hüseynov olub.
Həmçinin oxuyun
Günün təklif olunan videosu
09:36 / 13 Aprel 2026
1
09:35 / 13 Aprel 2026
8
01:07 / 13 Aprel 2026
379
00:00 / 13 Aprel 2026
151
23:45 / 12 Aprel 2026
444
23:33 / 12 Aprel 2026
3732
23:30 / 12 Aprel 2026
422
23:21 / 12 Aprel 2026
149
23:11 / 12 Aprel 2026
1481
23:10 / 12 Aprel 2026
276
22:59 / 12 Aprel 2026
1520
22:56 / 12 Aprel 2026
174
22:50 / 12 Aprel 2026
161
22:40 / 12 Aprel 2026
824
22:29 / 12 Aprel 2026
283
22:14 / 12 Aprel 2026
321
21:49 / 12 Aprel 2026
268
21:25 / 12 Aprel 2026
368
21:10 / 12 Aprel 2026
113
21:07 / 12 Aprel 2026
263
20:52 / 12 Aprel 2026
2828
20:46 / 12 Aprel 2026
130
20:41 / 12 Aprel 2026
199
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.