Müdafiə Nazirliyi açıqlama yaydı: Təşvişə düşməyin!
13 Aprel 2026, 09:36
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
811
05.01.2020, 13:22
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bayram günlərində ictimai-iaşə obyektləri və satış müəssisələrində mütəmadi reydlər keçirib.
Publika.az xəbər verir ki, bu barədə Agentliyin İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Aysel Fərziyeva bildirib

Həmçinin oxuyun
Onun sözlərinə görə, Azərbaycanda bayram ərəfəsində kustar üsulla spirtli içki hazırlayıb insanların sağlamlığı və həyatı bahasına qazanc əldə etməyə çalışan cinayətkarlara rast gəlinir: "Ötən həftə vətəndaşlarımızı bayram günlərində diqqətli olmağa səslədiyimiz məsələ ilə bağlı Gürcüstanda bədbəxt hadisələr yaşanıb. Bayram günlərində vətəndaşlarımızın ən çox üz tutduğu ölkələrdən biri olan Gürcüstanda kustar üsulla hazırlanmış spirtli içkilərdən kütləvi zəhərlənmə halları artıb. Yerli mətbuatın məlumatına görə, dekabrın 31-dən yanvarın 3-dək xəstəxanalara 1254 müraciət daxil olub ki, onlardan 844-ü spirtli içkilərdən zəhərlənmə ilə əlaqədardır. Bu kimi hallarla bağlı bayram günlərində də əməkdaşlarımız tərəfindən ictimai-iaşə obyektləri və satış müəssisələrində mütəmadi reydlər keçirilib və aşkarlanan faktlarla bağlı qanunamüvafiq tədbirlər görülüb. Aparılan reydlər və görülən tədbirlər barədə qarşıdakı günlərdə ətraflı məlumat verəcəyik. Bu kimi faciəvi hallarla rastlaşmamaq üçün diqqətli olmaq lazımdır. Ucuz olduğu üçün bu içkiləri istifadə etməyi düşünənlər bunun özləri və yaxınları üçün faciə ilə nəticələnəcəyini bilməlidirlər".
Agentlik rəsmisi bu cür hallarla qarşılaşan vətəndaşlara müraciət edib: "Özümüzü və ətrafımızdakı insanları bu cür dələduzların qeyri-insani əməllərindən qorumaq üçün ehtiyatlı olmalıyıq. Belə qanunazidd hallarla üzləşdikdə Qida Təhlükəsizliyi Agentliyinin “1003 – Çağrı mərkəzi”nə məlumat vermək lazımdır. Eyni zamanda hər bir istehlakçı ictimai iaşə, satış və digər məkanlardan qida məhsulları alarkən məhsulun qablaşdırmasına, etiket məlumatlarına diqqət yetirməli və məhsulların mənşə sənədlərini tələb etməlidir".
09:36 / 13 Aprel 2026
1
09:35 / 13 Aprel 2026
8
01:07 / 13 Aprel 2026
379
00:00 / 13 Aprel 2026
151
23:45 / 12 Aprel 2026
444
23:33 / 12 Aprel 2026
3732
23:30 / 12 Aprel 2026
422
23:21 / 12 Aprel 2026
149
23:11 / 12 Aprel 2026
1481
23:10 / 12 Aprel 2026
276
22:59 / 12 Aprel 2026
1520
22:56 / 12 Aprel 2026
174
22:50 / 12 Aprel 2026
161
22:40 / 12 Aprel 2026
824
22:29 / 12 Aprel 2026
283
22:14 / 12 Aprel 2026
321
21:49 / 12 Aprel 2026
268
21:25 / 12 Aprel 2026
368
21:10 / 12 Aprel 2026
113
21:07 / 12 Aprel 2026
263
20:52 / 12 Aprel 2026
2828
20:46 / 12 Aprel 2026
130
20:41 / 12 Aprel 2026
199
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.