Məleykə Abbaszadə BDU-da ƏMR İMZALADI
21 Noyabr 2026, 12:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
674
04.01.2020, 18:55
Çindən olan bir qrup tədqiqatçı yaşıl çayın hüceyrə terapiyası üçün istifadə edilə biləcəyini müəyyən edib. Belə ki, bu zaman xüsusi maddə bədənə daxil edilən kök hüceyrələri qrupunu aktivləşdirir.
Oxu24.com bildirir ki, mütəxəssislər yaşıl çayın istifadəsi zamanı orqanizm tərəfindən istehsal olunan protokatex turşusunun (PCA) xüsusiyyətlərini öyrəniblər. Alimlər ilk növbədə PCA olan zaman aktivliyini dəyişən insan böyrəklərinin embrion hüceyrələrini əldə ediblər. Bu hüceyrələr daha sonra siçanlara yeridilib. Gəmiricilərə yaşıl çay içirdildikdə isə hüceyrələr aktivləşib.
Digər təcrübələr zamanı tədqiqatçılar CRISPR genlərinin redaktə sisteminin işini yaxşılaşdırmaq üçün protokatex turşusunu istifadə edə biliblər. CRİSPR DNT-nin konkret hissəsinə nisbətən dəqiq dəyişikliklər edə bilir. Lakin bununla yanaşı, digər sahələrin nükleotid zəncirində zərərli dəyişikliklər baş verir.
Bundan əlavə, siçanlar və meymunlar üzərində aparılan tədqiqatlar göstərdi ki, yaşıl çay diabetin müalicəsi üçün mədəaltı vəziyə implantasiya edilən hüceyrələri aktivləşdirir.
Hüceyrələrin fəaliyyətinə uzaqdan nəzarət mexanizmi kimi yaşıl çaydan istifadə edilən zaman iltihab reaksiyası və ya qanda leykositlərin miqdarının artması kimi hər hansı yan təsirlər müşahidə edilməmişdi.
Qeyd edək ki, hüceyrə terapiyası irsi xəstəliklər və xərçəng, eləcə də ağır ürək-damar, neyrodegenerativ və autoimmun xəstəliklərinə qarşı mübarizədə istifadə olunur.
12:58 / 21 Noyabr 2026
82
12:46 / 21 Noyabr 2026
456
12:08 / 21 Noyabr 2026
147
11:54 / 21 Noyabr 2026
88
11:50 / 21 Noyabr 2026
115
11:41 / 21 Noyabr 2026
96
11:28 / 21 Noyabr 2026
1082
11:27 / 21 Noyabr 2026
121
11:24 / 21 Noyabr 2026
102
11:16 / 21 Noyabr 2026
100
11:07 / 21 Noyabr 2026
130
11:00 / 21 Noyabr 2026
1178
10:58 / 21 Noyabr 2026
119
10:33 / 21 Noyabr 2026
129
10:28 / 21 Noyabr 2026
143
10:27 / 21 Noyabr 2026
145
10:00 / 21 Noyabr 2026
203
09:42 / 21 Noyabr 2026
171
09:38 / 21 Noyabr 2026
145
09:35 / 21 Noyabr 2026
108
09:33 / 21 Noyabr 2026
128
09:03 / 21 Noyabr 2026
121
00:12 / 21 Noyabr 2026
227
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.