Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda vəzifəli şəxsin oğlu faciəli şəkildə vəfat etdi

2020/01/02/1577966585_kabinet_1.jpg

CƏMİYYƏT

1118

02.01.2020, 16:00

Professor Rəfail Əhmədlinin oğlu zəhərlənmədən dünyasını dəyişib.
Bu barədə Report-a təhsil eksperti Etibar Əliyev məlumat verib. Onun sözlərinə görə, 28 yaşlı Rüfət Əhmədli təxminən iki həftə əvvəl zəhərlənib:
“Ailə üzvləri əlamətlərindən onun botulizm (ev şəraitində hazırlanan konservləşdirilmiş qidalardan yaranan zəhərlənmə) xəstəliyindən əziyyət çəkdiyini bilməsələr də, Rüfəti xəstəxanaya yerləşdiriblər. Buna baxmayaraq Rüfət Əhmədli vəfat edib” - deyə, E.Əliyev bildirib. Rafail Əhmədli Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) şöbə müdiri olub. O, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fәlsәfә vә Hüquq İnstitutunda çalışır.