Xocalının Badara və Seyidbəyli kəndlərinə növbəti köç karvanları yola salınıb - FOTO
26 Yanvar 2026, 13:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
621
01.01.2020, 19:40
O kəslər ki, insanları yolundan azdırar və günaha düçar edər - onlar şeytanın (lən) yaxın qardaşları hesab olunur.
Oxu24.com deyerler.org-a istinadən bildirir ki, Şeytanın qardaşları o kəslərdir ki, fitnə yaratmağı sevirlər. Onların qan tökülməsindən xoşları gəlir və müsəlmanları dava etmək üçün təhrik edərlər.
Bu insanlar şeytanın vəsvəsələri altında möminlərlə vuruşarlar.
"(Kəsilərkən başı) üzərində Allahın adı çəkilməmiş (və murdar olmuş) şeydən yeməyin ki, onu yemək əlbəttə, (Allaha qarşı) itaətsizlikdir.
Həqiqətən şeytanlar öz köməkçi və dostlarına sizinlə mübahisə edərək çəkişsinlər deyə, gizlincə ("Allahın öldürmüş olduğu heyvan sizin öldürdüyünüzdən daha yaxşıdır" kimi sözlər) təlqin edirlər. Əgər onlara itaət etsəniz, onda siz də (ya doğrudan da) müşriksiniz (ya da müşrik hökmündəsiniz)". ("Ənam" 121).
Qurani-Kərim şeytanın (lən) dostlarını bizə belə tanıdır:
Həmçinin oxuyun
1. Qorxaq olanlar. "Həqiqətən öz dostlarını (şayiələrlə düşməndən) qorxudan yalnız şeytandır. Odur ki, əgər möminsinizsə, onlardan qorxmayın, Məndən qorxun!". ("Ali-İmran" 175).
2. İmansızlar və şirk edənlər. "Ey Adəm övladları, məbada şeytan ata və ananızı Cənnətdən çıxartdığı - belə ki, ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını əyinlərindən çıxardığı - kimi sizi (də) aldatsın və azdırsın!
Şübhəsiz, o və onun qəbiləsi sizi, sizin onları görə bilmədiyiniz yerdən görürlər. (O, bəşəri gözlə görünməyən mələk və ruh kimi lətif bir yerdir). Əlbəttə, Biz şeytanları imanı olmayan kəslərin başçıları etmişik". ("Əraf" 27).
3. Dində süst olanlar. "Allahdan başqa (və Onun müqabilində) özlərinə hami və yardımçı qəbul edən kəslər (etimad etdikləri şeyin süstlüyü və mənfəətsizliyi baxımından) özünə yuva qurmuş hörümçəyə bənzərlər. Şübhəsiz, evlərin ən zəifi hörümçək yuvasıdır. Kaş biləydilər". ("Ənkəbut" 41).
4. İsraf əhli. "Və qohumların haqqını (öz qohumlarının və Peyğəmbərinin (s) qohumlarının haqqını) və yoxsulun və yolda (möhtac) qalmışın haqqını ver və heç bir şəkildə israf və artıq xərc etmə (malı haram yolda xərcləmə və halal yolda xərcləməkdə həddini aşma).
Həqiqətən, mallarını (haram və batil yolda) dağıdanlar, şeytanların qardaşları (dostları və tərəfdaşları)dır və Şeytan həmişə öz Rəbbinin qarşısında çox kafir və nankor olub". ("İsra" 27-28).
14:18 / 26 Yanvar 2026
1
14:09 / 26 Yanvar 2026
27
14:08 / 26 Yanvar 2026
33
13:37 / 26 Yanvar 2026
229
13:34 / 26 Yanvar 2026
57
13:25 / 26 Yanvar 2026
156
13:15 / 26 Yanvar 2026
46
12:58 / 26 Yanvar 2026
84
12:47 / 26 Yanvar 2026
309
12:35 / 26 Yanvar 2026
236
12:25 / 26 Yanvar 2026
127
12:18 / 26 Yanvar 2026
462
12:16 / 26 Yanvar 2026
95
12:10 / 26 Yanvar 2026
91
12:06 / 26 Yanvar 2026
52
11:52 / 26 Yanvar 2026
682
11:44 / 26 Yanvar 2026
634
11:42 / 26 Yanvar 2026
55
11:27 / 26 Yanvar 2026
71
11:19 / 26 Yanvar 2026
425
11:09 / 26 Yanvar 2026
372
11:06 / 26 Yanvar 2026
100
10:54 / 26 Yanvar 2026
154
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.