Qaynar xətt:

(+99450) 247 90 86

Azyaşlı şagirdlərin yükü azaldılacaq, summativlərdə dəyişiklik ediləcək - Ceyhun Bayramov

CƏMİYYƏT

944

24.05.2018, 17:09

\"\"  Gələn tədris ilindən Azərbaycanda orta məktəblərdə azyaşlı şagirlər üçün kiçik və böyük summativlərdə dəyişiklik nəzərdə tutulur. Oxu24.com-un trend.az-a istinadən verdiyi məlumata görə, bunu təhsil naziri Ceyhun Bayramov Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deyib. Nazir bildirib ki, Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Təhsil İnstitutu ilə birlikdə bu istiqamətdə işlər gedir, tədqiqatlar aparılır: “Düşünürəm ki, xüsusi olaraq aşağı yaşlı şagirdlər üçün kiçik və böyük summativlərdə növbəti tədris ilində bir sıra dəyişikliklər nəzərdə tutulacaq”. Sabahın hava proqnozu açıqlanıb - RƏSMİ - Oxumaq üçün tıkla